Azərbaycan Premyer Liqasının 33-cü turunda Bakı “İnter”inə 0:4 hesabı ilə uduzan “Neftçi”nin hücumçusu Ernest Nfor Qol.Az saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, kamerunlu futbolçu acı məğlubiyyət və hakimin qərarları haqda danışıb.
- “İnter”ə böyük hesabla məğlub olduğunuz oyun haqda nə deyərdin?
- Bu futboldur. Belə hesabla qələbə də qazana bilərsən, məğlub da olarsan. Bəzən istəmədiyin nəticələrlə üzləşirsən. Təbii ki, heç birimiz belə hesabla uduzmağı istəməzdik. Amma artıq gecdir. Heç nəyi dəyişə bilmərik.
- Səncə, oyununuz niyə alınmadı?
- Bir şeyi bilirəm ki, mən əlimdən gələni etdim ki, komandamız qələbə qazansın. Düşünürəm ki, oyunum da pis alınmadı. Sadəcə komanda şəkilində yaxşı mübarizə apara bilmədik. Matç ərzində bir çox səhvlərimiz oldu. Ona görə də məğlubiyyətlə barışmalıyıq.
- Oyun ərzində iki penalti zərbəsindən yararlana bilmədiniz...
- Qismət beləymiş. Biz də istəməzdik belə olsun. Hesab arasındakı fərqi azaltmaq üçün əlimizə düşən şansdan yararlana bilmədik. Əvəzində isə rəqib növbəti topu qapımızdan keçirdi. Sanki komandamız tilsimlənmişdi. Bəlkə də, hesabın o şəkildə olması özümüzü toparlamağımıza mane olurdu.
- Matçın baş hakimi hər iki komandanın bir futbolçusunu meydandan qovdu. Necə düşünürsən, referinin qərarında haqlı idi?
- Bu, onun qərarıdır. Verdiyi qərarların doğru və ya yanlış olduğunu mühakimə etmək mənə düşməz. Baş hakim həmin an epizodu necə görürsə, ona uyğun da qərar verir.
- “Neftçi”nin bəzi futbolçuları Mirhüseyin Seyidov meydandan qovulduğu zaman hakimə etiraz edirdilər...
- Dediyim kimi mən hakimi mühakimə edə bilmərəm. Yəqin ki, Mirhüseyn Seyidovun kobudluq etdiyini düşündü və qırmızı vərərə göstərdi. Dünyanın bütün çempionatlarında, böyük oyunlarda belə hadisələr olur. Çünki komandalar ancaq qələbəyə köklənir və nəticə ürəkaçan olmadıqda futbolçular sinirlərə hakim ola bilmirlər.
- Necə düşünürsən, bu nəticədən sonra komandada dəyişikliklər olacaq?
- Biz sadəcə bu oyundan sonra buraxdığımız səhvlər üzərində işləməyə başlayacağıq. Hələ qarşıda iki oyunumuz var. Bu matçlarda qələbə qazanaraq azarkeşlərimizə “İnter”lə matçdakı nəticəni unutdurmalıyıq. Daha sonra bütün diqqətimizi Azərbaycan kubokunun finalındakı “Qarabağ”la oyuna yönəldəcəyik.
Ergün SEYİD
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı