Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Ardıcıl doqquz oyundur məğlub olmayan "Qəbələ" bu tur Sumqayıta səfər edib. Qarşılaşma Roman Qriqorçukun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Premyer Liqanın lideri "Qarabağ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Ağdam təmsilçisi bu görüşdə qalib gəlməklə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirə bilərdi. Ancaq bu oyunda "Qarabağ" "Xəzər Lənkəran"la bərabərə qalıb - 1:1. Bundan əvvəlki matçda Ağdam klubu "Qəbələ" ilə heç-heçə etmişdi.
Turun mərkəzi qarşılaşması paytaxtda keçirilib. "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gəlib. Bu oyunda "İnter" 4:0 hesabı ilə qalib gəlib. Paytaxt derbisində "İnter"dən Səlahət Ağayev, "Neftçi"dən Mirhüseyn Seyidov qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 33-cü tura sabah keçiriləcək "Bakı" - AZAL görüşü ilə yekun vurulacaq.
8 may (cümə)
Azərbaycan Premyer Liqası, 33-cü tur
20:00. “İnter” – “Neftçi” - 4:0
Qollar: Baçana Sxadadze, 45 (1:0), Derlis Meza Kolli, 49 (2:0), Baçana Sxadadze, 56 (3:0), Elvin Məmmədov, 90+1 (4:0)
Qırmızı vərəqələr: Səlahət Ağayev, 65 ("İnter"), Mirhüseyn Seyidov, 89 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”.
18:00. “Xəzər Lənkəran” – “Qarabağ” - 1:1
Qollar: Ağabala Ramazanov, 78 (1:0), Leroy Corc, 80 (1:1)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
Lənkəran" şəhər stadionu.
18:00. “Sumqayıt” – “Qəbələ” - 0:2
Qollar: Aleksey Qay, 39 (0:1), Viktor Mendi, 41 (0:2)
Qırmızı vərəqə: Ruslan Tağızadə, 83 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
Sumqayıt şəhər stadionu
9 may (şənbə)
17:00. “Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Turnir cədvəli
|
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı