Azərbaycanı bu mövsüm Avropa kuboklarında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Bu haqda Qol.Az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.
“Respublika stadionu həm komandamız, həm də texniki heyətimiz üçün rahatdır” – deyə o bildirib.
Avrokuboklar zamanı Ağdam klubunun oyunlarına maraq böyük olur. Bu səbəbdən bəzən Respublika stadionunda boş yer tapmaq olmur. Ona görə də klub rəsmisi “Qarabağ”ın ev oyunlarından hansınısa Bakının yeni - azarkeş tutumu daha böyük olan Olimpiya stadionunda keçirməsinin mümkünlüyü haqda sualı da cavablandırıb.
“Turnirin gedişatı zamanı, sifariş olunan stadionda problem yaranarsa, o zaman UEFA-ya müraciət olunub razılıq alınmaqla arena dəyişikliyi edə bilərik. Olimpiya stadionuna gəlincə, birincisi, hazırda ora Avropa oyunları üçün hazırlanır. İkincisi, stadion tam hazır olduqdan sonra UEFA texniki yoxlama aparmalıdır ki, oranın ulduzunu müəyyənləşdirsin və rəsmi səviyyədə Avropa standartlarına cavab verdiyini təsdiqləsin. İndiki halda, bildiyimizə görə, işlər hələ tam yekunlaşmadığı üçün UEFA tərəfdən belə bir yoxlama olmayıb. Bundan başqa, matçı həmin stadionda keçirmək üçün stadionla klub arasında müqavilə imzalanmalı və bu haqda UEFA-ya məlumat verilməlidir. Olimpiya stadionu Avropa oyunlarına hazırlaşdığından “Qarabağ”ın 2014/15 mövsümündə ev oyunlarını həmin arenada keçirməklə bağlı hər hansı təşəbbüs olmayıb”.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər