"Hər futbolçuya eyni gözlə baxılmalıdır" – Rəşad Abdullayev

"Hər futbolçuya eyni gözlə baxılmalıdır" – Rəşad Abdullayev
MÜSAHİBƏ 16 Aprel 2015 / 16:39 3762
-  A +

AZAL klubunun kapitanı Rəşad Abdullayein Qol.Az saytına müsahibəsi

- Əvvəlcə komandanızın son uğursuz çıxışlarına toxunaq. AZAL bir müddət əvəl inkişafda olsa da, son üç oyunda uduzur. Komandada bu geriləmənin səbəbi nədir?

- Əminliklə deyə bilərəm ki, oyunumuzda geriləmə yoxdur. Sadəcə son matçlarda çətin rəqiblərlə qarşılaşdıq. "Simurq"la səfərdə oynadıq. Heç olmasa ordan bir xalla dönməli idik. Daha sonra "Qəbələ"yə uduzduq. Gözlənilməz iki məğıubiyyətdən sonra "Qarabağ"la qarşılaşdıq. Komandanın üzvü kimi deyə bilərəm ki, oyunumuzda heç bir problem yoxdur. Qarşıdakı oyunlarda bu xal itkilərinin əvəzini çıxacağıq.

- AZAL-ın əsas probelmlərindən biri hesabı sona qədər qoruya bilməməsidir.

- Hələ ötən ilin dekabr ayından bu problem bizdə var. Dəfələrlə qalib gəldiyimiz oyunlarda qapımızdan qollar buraxıb uduzmuşuq. Son olaraq da "Qarabağ"la görüşdə hesabı biz açsaq da, rəqib iki qol vurub qələbə qazandı. Düzdür, "Qarabağ" güclü rəqibdir. Yəni bu komandaya uduzmağımız hardasa təbii sayıla bilər. Ancaq digər oyunları analiz edəndə görürük ki, onalrın heç birindı rəqibin güclü hücumları sayəsində, səzif oynamağımıza görə uduzmamışıq Sadəcə, ani səhvlərdən qollar buraxmışıq. Əsas çatışmazlığımız budur.

- AZAL 4-cü pilləyə iddialı idi. Artıq bu yerin sizin üçün əlçatmaz olduğunu demək olar?

- Mən belə deməzdim. Şanısımız hələ də qalır. Çətindir, amma sona qədər mübarizə aparmalıyıq. Sabah "Sumqayıt"la oyunumuz var. Bu görüşdən qələbə ilə ayrılsaq, digər oyunlardan da maksimum xal qazana bilərik. Düzdür, indi hər şey öz əlimizdə deyil. "Qəbələ" bizdən xeyli irəli getdi. Çalışacağıq ki, "Qəbələ"yə çataq.

- Cəzalandırıldığın üçün üç oyunu buraxmalı oldun. Səncə, kapitanın yoxluğu AZAL-a təsir etdi?

- Qıraqdan baxanlar bunu dəqiq deyə bilər. Mən də istərdim ki, həmin görüşlərdə komandama kömək edim. Öz təcrübəmlə nəsə edə bilərdim. Ancaq onu da deyim ki, AZAL-da hər bir futbolçunun əvəzləyicisi var. Qıraqdan öz komandanın məğlubiyyətinə  baxanda insan çox məyus olur.

- Cəzalanmağından söz düşmüşkən, "Neftçi"nin futbolçusu Karlos Kardozo da sənin kimi birbaşa qırmızı vərəqə alsa da, cəmi bir oyunluq cəzalandı. Buna "Qəbələ" və AZAL klubları etiraz etdi. Sənin bu barədə fikrin nədir?

- Onu deyə bilərəm ki, hər bir futbolçuya eyni gözlə baxılmalıdır. Mənə üç oyunluq cəza verirlərsə, Karodozo da ən azı iki oyunluq cəzalandırılmalı idi. Klubumuzun rəhbərliyi məsələ ilə bağlı etirazını bildirdi. Qərar hamı üçün eyni olmalıdır. Eyni epizoda görə iki cür cəza olmamalıdır. Futbolçunun fərqi yoxdur.

- Adətən müqaviləsinin sonuna az qalmış klublar aparıcı futbolçularla danışıq masasına əyləşirlər. Mövsümün sonunda AZAL-la sözləşmən başa çatır. Yeni müqavilə imzalamaq fikirn var?

- Mən AZAL-ın kapitanıyam. İstərdim ki, komandamın yanında olum. Qarşıda yeddi oyunumuz var. Hələ ki, sırf bu oyunları düşünürəm. Əsas odur ki, bu qarşılaşmalardan üzü ağ çıxaq. Hələ ki, müqavilə ilə bağlı danışığımız olmayıb. Qarşıda çətin oyunlarımız olduğu üçün fikirmi yayındırmaq istəmirəm.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu