"Yenicə həbs olunmuşdum. İlk dəfə idi ki, ad günümü həbsdə qarşılayırdım. Oturmuşdum kamerada. Ad günüm də yadıma düşmürdü. Çox dilxor idim. Birdən..."
Bu gün Azərbaycanın ilk peşəkar boksçucu Fariz Məmmədovun ad günüdür. Təcrübəli idmançının 35 yaşı tamam olur. Fariz Məmmədov 1980-cı il, aprelin 15-də Ağdamda doğulub.
2013-cü ildə yenidən peşəkar boksa qayıdan Məmmədov, yeddi illik fasilədən sonra çıxdığı ilk döyüşdə erməni idmançısı Jeqise Tomazyana nokautla qalib gəlib.
Məmmədov ad günü ərəfəsində Qol.Az-a müsahibə verib.
- Öncə səni ad günün münasibətilə təbrik edirik…
- Çox sağ olun. Minnətdaram.
- Ad günü qeyd etməklə aran necədir?
- Yeniyetmə vaxtlarımızda bizə bir bəhanə lazım idi ki, dostlarla bir yerə yığışaq, deyək-gülək, əylənək. Buna görə də əvvəllər ad günü qeyd edərdim. Ancaq indi belə şeylərə həvəsim yoxdur. Ancaq ad günlərinə və başqa məclislərə getməyi xoşlayıram. Kimisə təbrik etməkdən xoşum gəlir.
- Sənin üçün hansısa xüsusi bir ad günü olubmu?
- Bəli. Yenicə həbs olunmuşdum. İlk dəfə idi ki, ad günümü həbsdə qarşılayırdım. 25 yaşım tamam olurdu. Oturmuşdum kamerada və heç ad günüm də yadıma düşmürdü. Çox dilxor idim. Bizə hərdən qəzet gətirirdilər. Mən də qəzeti vərəqləyəndə birdən haqqımda yazılan məqaləni gördüm. İndi sizin qol.az saytının redaktoru olan Aydın Bağırov ad günümlə bağlı bir yazı yazmışdı. Bu, mənim üçün ən unudulmaz ad günü oldu. Bunu heç vaxt unutmaram. Bu gün də həmin qəzeti evdə saxlayıram. Çətin günümdə dostunun səni yada salması insanda möhtəşəm hislər yaşadır.
- Hədiyyə almağı necə, xoşlayırsan?
- Yox, xoşlamıram. Özüm kiməsə hədiyyə verməyi çox sevirəm.
- Yavaş-yavaş yaş artır. Bir idmançı olaraq qocalmaqdan qoxmursan ki?
- Narahatlıq yoxdur. Hesab edirəm ki, ağıllı insanlar ildən-ilə həyatından nəticə çıxarıb müdrikləşməlidir.
- Həyatının geridə qalan hissəsini necə qiymətləndirirsən?
- Bu 35 ildə həyatın çox çətinlikləri ilə üzləmişəm. Çox ağır yollar keçmişəm. Amma şükür edirəm ki, bu gün Fariz Məmmədov adı fəxrlə çəkilir. Kiçik yaşlarımda müharibənin dəhşətləri ilə üzləşdim. Mən 12 yaşımdan çöllərdəyəm. Yeniyetmə vaxtlarım qaçqınlıq dövrünə düşdü. Gənc vaxtlarımı isə türmədə keçirdim. Ancaq mənim üçün Allahın ən böyük neməti odur ki, bu qədər keçməkeşli həyat yaşasam da, millətimizin qeyrətli oğlu kimi adım üstümdədir.
- Çətinliklərdən danışdın. Maraqlıdır ki, güclü boksçuların əksəriyyətinin həyatı çətinliklərlə keçib. Niyə içi sən qarışıq boksçuların həyatı bu qədər problemli olur?
- İlk növbədə bu, bizim qismətimizdir. Ümumiyyətlə, bütün dünyada boksçuların həyatı qalmaqallı olub. Hesab edirəm ki, insan ağlı ilə rəftar etsə, heç bir problem olmaz. Boksçular isə hislərinə qapanırlar. Yəni ağılla yox, ürəkdən gələn hislə hərəkət edirlər. Ancaq nəzərə almaq lazımdır ki, qəlbi də beyin idarə edir. İdmançıları müəyyən bir zaman kəsiyində qorumaq lazımdır. Əgər idmançı 18-25 yaş arası özünü qoruya bilsə, artıq ona zaval yoxdur. Boksçular aqressiv olur. Bizim peşəmiz dalaşmaqdır. Ən çətin idman növü boksdur. Bütün bədəni idarə edən başdır. Boksda da əsas məqsəd rəqibin başına zərbə vurmaqdır. Buna görə də bizi başa düşmək lazımdır.
- 35 yaş boksçu üçün çox deyil ki?
- Az yaş deyil. Artıq sona yaxınlaşmaq deməkdir. Hələ bir il də davam etmək olar. Hesab etmirəm ki, yaşım mənə problem yaradır. Əgər problem yaranırsa, bu da yeddi illik fasiləyə görədir. Həmin o yeddi il mənə hərdən problemlər yaradır. Yəni səhhətimdə problemlər olur. Tez-tez xəstələnirəm. Ancaq məndə 18 yaşlı gəncin həvəsi var. Ruhum hələ cavandır. İdmançılarmıza tövsiyə edərdim ki, karyeralarını erkən başa vurmasınlar. Boksda kim sona qədər bütün çətinliklərə dözürsə, o da nəticə verir.
- Fariz, geriyə boylananda nələrisə dəyişmək istərdin?
- Arxaya baxmaq istəmirəm. Çünki baxanda qorxuram. Elə bir həyat keçirmişəm ki, artıq səhv etməyə haqqım yoxdur. Ona görə də özüm üçün hər bir nəticəni çıxarmışam. Daha geriyə baxmağa ehtiyac yoxdur. Yalnız qabağa baxıram. Bütün gözəlliklər qabaqdadır. Nəyisə dəyişmək istəmirəm. Ona görə də keçmişə nəzər salmaq istəmirəm.
Ramiq AĞAMMƏMƏDOV
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev fərqləndi, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi