Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi" ilə 2:2 bərabərə qalan "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Alfred Sanko Qol.Az saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, sierra leoneli futbolçu matçın 33-cü dəqiqəsində meydandan qovulmasından danışıb.
- “Neftçi” ilə vacib oyunda komandanı azlıqda qoydun...
- Düzünü desəm, komandamı belə vacib oyunda tək qoyduğum üçün çox məyusam. Amma tək məni günahlandırmaq düzgün olmaz. Çünki baş hakim Əliyar Ağayev matç başlayandan oyunu qərəzli idarə edirdi.
- Hansı epizodlarda hakimin yanlış qərar verdiyini düşünürsən?
- Ümumiyyətlə, oyun başlayandan meydanda “Neftçi” ilə yanaşı, hakimə qarşı da mübarizə aparırdıq. Oyunun baş hakimi “Neftçi”nin futbolçuları qayda pozuntusuna yol verdiyi zaman onlara vərəqə göstərmirdi. Bizi isə xəbərdarlıq belə etmədən sarı vərəqə ilə cəzalandırırdı. Bu ədalətsizlikdir.
- Amma etiraf edək ki, ikinci sarı vərəqəni aldığın zaman həqiqətən də rəqibinə qarşı sərt oynamışdın...
- Düzdür, ikinci epizodda sərt oynadım. Amma qarşılaşmanın əvvəlində hakimin ədalətsiz qərarları artıq məni özümdən çıxardı. Ona görə də əsəblərimə hakim ola bilmirdim.
- Səncə, bu, peşəkarlıqdan kənar deyilmi?
- Əlbəttə, belə bir vacib oyunda özümü ələ almalı idim. Amma qalib gələn bir komandaya hakimin rəğbət bəsləməsi məni sakitləşdirə bilməzdi. Əsas odur ki, komandamız məğlub olmadı. Buna görə bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Onlar ədalətsizliyə göz yummadılar.
- Sənin meydandan qovulmağından sonra sanki komanda yuxudan ayıldı. Nə baş verdi?
- Futbol əzmkarlıq tələb edən bir oyundur. "Neftçi" ilə görüşdə meydanda olan hər bir “Xəzər Lənkaran” futbolçusu bunu hiss edirdi. Biz doğma meydanda, azarkeşlərimizin qarşısında əzəli rəqibə məğlub ola bilməzdik. Sevinirəm ki, bunu da bacardıq.
- Necə düşünürsən, qırmızı vərəqə almasaydın, komandan qalib gələ bilərdi?
- Əgər 10 nəfərlə hesabda geridə olduğumuz halda heç-heçə etməyi bacardıqsa, deməli, qələbə də qazana bilərdik.
Ergün SEYİD
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev fərqləndi, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi