“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadə Premyer Liqamızın 29-cu turunda səfərdə “Xəzər Lənkaran”a qarşı keçirdikləri oyundan (2:2) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Oyunu izləyən hər kəs matçın ilk hissəsindən sonra “Neftçi”nin böyük hesabla qalib gələcəyini düşünürdü. Nə baş verdi ki, hətta iki top fərqi ilə üstünlüyü belə əldən verdiniz?
- Qarşılaşma tam fərqli iki hissədən ibarət oldu. Biz “Xəzər Lənkaran”dan hər cəhətdən üstün oyun sərgilədik. Belə hal bu iki komandaların oyununda artıq ikinci dəfədi baş verir. Amma həqiqətən də bəxtimiz gətirmədi. Yenə də rəqibi təbrik edirik. Bununla belə, yaxşı oynayıb, hətta hesabda irəli olduğumuz halda iki top buraxıb xal itirmək adama pis təsir edir.
- Qeyd etdin ki, artıq ikinci dəfədir belə hal təkrarlanır. Birinci oyundan nəticə çıxartmamışdınız?
- Nəticə çıxarmaq məsələsi deyil. Qeyd etdiyim kimi, sadəcə, bəxtimiz gətirmədi.
- Amma etiraf edək ki, rəqib məğlubiyyəti həzm etmək istəmirdi.
- Belə götürəndə “Xəzər Lənkaran”ın oyun ərzində qol epizodu olmadı. Cəmi iki standart vəziyyət yarandı, ondan da qol vurdular. Düzdü, məğlub olmadıq. Amma üç xalı əldən verdiyimiz üçün çox təəssüflənirik. “Xəzər Lənkaran” xal qazandı, biz isə xal itirdik.
- “Neftçi” uzun müddətdir Lənkəranda qələbə qazana bilmir. Bu dəfə də həmin sindromu qırmaq niyə mümkün olmadı?
- Yəqin ki, 2 topdan sonra bizdə arxayınlıq yarandı. Başqa səbəb görmürəm.
- Baş məşqçiniz Arif Əsədaov fasilədə arxayınlığı aradan qaldırmaq üçün hansısa göstərişlər verdimi?
- Fasilədə söhbət oldu ki, arxayınlaşmırıq. Sona kimi mübarizə aparmalıyıq. Bu futboldur və hər an hər şey ola bilər. Necə biz ilk hissədə 2 qol vurmuşuq, rəqib də ikinci hssədə vura bilər. Amma buna məhəl qoymadılar. İçi mən qarışıq kim məsuliyyətsizlik edibsə, gərək, oturub fikirləşsin.
- Bu bərabərliyi sizin üçün məğlubiyyətə bərabər heç-heçə adlandırmaq olar?
- Düzü 1 xal mənim gözümə görsənmir. Sanki biz meydanı məğlub tərk edirik.
Ergün SEYİD
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi