“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün komandasının Azərbaycanın U-21 millisinə 3:2 hesabı ilə qalib gəldiyi yoxlama oyunundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Yoxlama oyunu olmasına baxmayaraq, maraqlı matç keçdi. Qarşılaşma haqda fikirləriniz necədir?
- Belə gənc komandaya qarşı oynamağımız yaxşı oldu. U-21 millimiz tam istədiyimiz bir rəqib idi. Hazırlığımızın son mərhələsini bu oyunla davam etdirdik. Maraqlı matç alındı. Baxmayaraq ki, futbolçuların çoxu milli komandaların heyətindədir. Amma belə qarşılaşmalar milliyə dəvət almayan futbolçuların oyun təcrübəsi qazanması baxımından yaxşıdır.
- Son transferiniz Dani Quintananın oyunu barədə fikirləriniz necədir?
- Dani hələ tam hazır deyil. İlin əvvəlindən oyun keçirməmişdi. Bu gün ilk matçı oldu. Onun üçün oynamaq bir az ağır idi.
- Bu gün bir çox gənc futbolçuya da şans verdiniz. Etimadınızı doğruldanlar oldu?
- Bir neçə vaxtdır məşqlərimiz ağır keçir. Bu qarşılaşmada gənc futbolçularımız tam hazır deyildi və bir az yüklənmə ilə oynadılar. U-21 millisinə qarşı pis təsir bağışlamadılar. Verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Düzdü, səhvləri oldu. Belə kiçik problemlər qaçılmazdır. Bu da ola bilər ki, oyun təcrübəsinin aşağı olmasından irəli gəlir. Normal çıxış etdilər.
- Bu gün “Qarabağ”ın 9 futbolçusunun əsas milli komandalara dəvət almasının komandanız üçün yaxşı və mənfi tərəfi nədir?
- Həqiqətən də bunun müsbət və mənfi cəhətləri var. Bir tərəfdən klublar borcludur ki, milli komanda üçün futbolçu yetişdirsin. Amma belə bir sıx qrafikdə birdən-birə bu qədər oyunçunun aramızda olmaması bizə hardasa problem yaradır. Xüsusilə çempionatda növbəti oyunumuz “İnter” kimi iddialı kluba qarşı olacaq. Amma buna normal baxıram. Təki milli komandada futbolçularımızın sayı çox olsun. Çatışmazlıqları aradan qaldırarıq.
- “Qarabağ”ın alban oyunçusu Ansi Aqolli martın 29-da millisiylə birgə Ermənistana qarşı oynayacaq. Albanlar Ermənistan millisini məğlub etsələr, Aqolliyə mükafat verəcəksinizmi?
- Albaniya millsinin heyətinə təkcə Ansi Aqolli dəvət alsa da, mən “Qarabağ”ın albaniyalı digər oyunçusu – Admir Teliyə də mükafat vəd etmişəm.
- Milli komandamız martın 28-də Malta ilə qarşılaşacaq. Yığmamızın uğur qazanacağına inanırsız?
- İlk öncə komandamıza uğurlar arzulayıram. Hamımız onlardan yaxşı nəticə gözləyirik. Milli çoxdandır azarkeşlərimiz qarşısında qalib gəlmir. Tam dəyişik bir oyun görəcəyimizi düşünürəm. Futbolçularımızın da açıqlamalarını izləyirəm. Hiss olunur ki, hamısı həvəslidir.
- Azərbaycan millisinin yeni çalışdırıcısı Robert Prosineçki vaxtı ilə həm futbolçusu, həm də baş məşqçisi olduğunuz “Neftçi”dən milliyə bir futbolçu belə dəvət etməyib. Buna münasibətiniz necədir?
- Bu, mənə aid olmayan sualdır. Amma buna müəyyən mənada normal baxıram. Çünki Prosineçki ilk oyuna birdən-birə bütün futbolçuları dəvət edə bilməzdi. Ola bilər ki, bu oyun üçün belə qərar qəbul edib. Sabah ola bilər “Neftçi”dən daha çox futbolçu olsun, “Qarabağ”dan az. Prosineçkinin “Neftçi”nin futbolçularına dəvət göndərməməsi o demək deyil ki, bu komanda zəifdir. Əksinə son illər bu klubda inkişaf özünü göstərir. Yerli oyunçulara daha çox üstünlük verirlər.
Ergün SEYİD
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb