İspaniyada Madrid “Atletiko"sunun prezidenti Enriko Serezo və “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq fikirlərini bölüşüb: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq Azərbaycan - İspaniya ticarət palatası da təsis olunub. Bu günlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə öldürülən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, Hafiz Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm”.
Görüşün sonunda E.Serezo "Atletiko" - "Real" oyunu zamanı birincilərin geyindiyi, üzərində Xocalı soyqırımına görə matəm lenti olan və futbolçuların imzasının olduğu formanı H.Məmmədova hədiyyə edib.
Xatırladaq ki, H.Məmmədovun təşəbbüsü ilə Madrid “Atletiko”su və Fransa “Lans”ı öz oyunlarına üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılmış formalarla çıxır.
Yuxarı
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı