“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov və icraçı-direktor Yaşar Seyidov bu gün İspaniya La Liqasında 26-cı turunda keçirilən “Atletiko” – “Real” oyununu stadiondan canlı izləyib. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
Qeyd edək ki, formasında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözləri yazılan “Atletiko”nun bu oyunu 2:2 hesabı ilə yekunlaşıb.
İspaniyaya səfəri çərçivəsində Hafiz Məmmədov bir sıra vacib görüşlər keçirib. O, "Atletiko" (Madrid) klubunun rəhbərliyi ilə görüşdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. İspan klubunun rəsmiləri və fəxri qonaqlardan olan tanınmış futbolçu Radomel Falkao Azərbaycan xalqına başsağlığı verib. Hafiz Məmmədov həmçinin İspaniyanın Madrid regionunun rəhbəri İqnasiyo Qonzales və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevlə də görüşüb.
Yuxarı
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı