"Neftçi" "Traktor Sazi"yə oyun təklif etdi

"Neftçi" "Traktor Sazi"yə oyun təklif etdi
ÖLKƏ FUTBOLU 21 Fevral 2014 / 17:34 3178
-  A +

“Neftçi” klubu Təbrizin “Traktor Sazi” komandasını İran kubokunu qazanması münasibətilə təbrik edib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" tərəfindən göndərilən rəsmi məktubda “Traktor Sazi” komandasına yoldaşlıq oyunu keçirmək təklif edilib.

Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub. Yazıların birində “Traktor Sazi”nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi” klubunun bu təklifinə münasibət bildirdiyi qeyd olunub: “Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər”.

Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktor Sazi” və “Maşın Sazi” klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər