Rasim Ramaldanov: "Baş məşqçisiz bizə çətin olacaq"

Rasim Ramaldanov: "Baş məşqçisiz bizə çətin olacaq"
MÜSAHİBƏ 2 May 2013 / 14:55 3095
-  A +

“Simurq” klubunun kapitanı Rasim Ramaldonovun Qol.Az saytına müsahibəsi

-Topaz Premyer Liqanın 28-ci turunda “Bakı” ya məğlub oldunuz. İkinci hissədə komandanız daha yaxşı təsir bağışlasa da, yenə məğlubiyyətdən qaça bilmədiniz.

- Oyun bir qədər ağır oldu. Həm də yenə erkən qol buraxdıq. Oyunun doqquzuncu dəqiqəsində qapımızda qol görməyimiz bizi həvəsdən saldı. Sonradan irəli atıldıq. Qol vurmağa tələsirdik. Bir neçə qol imkanından istifadə edə bilmədik. Deyərdim ki, bəxtsizlik oldu.

- İlk “altılığ”a düşəndən sonra komandanızda eniş hiss olunur. Razısan?

- Nəticələri nəzərə alsaq, razıyam. Son vaxtlar yaxşı nəticə qazana bilmirik. İlk “altılıq” oyunlarında  dörd dəfə uduzmuşuq.

- Bir kapitan kimi bu uğursuzluğun səbəbini nədə görürsən?

- Bəlkə də komandada boşalma var. Ancaq oyunumuz əvvəlkilərdən fərqlənmir. Hər şey edirik. Sadəcə qol çatışmır. Bir qədər də bəxtimiz gətirmir.

- Dördüncü yer uğrunda “Bakı” ilə mübarizə aparırsınız. “Bakı” sizdən fərqli olaraq son oyunlarda inamlı təsir bağışlayır. Bu komandanı qabaqlayıb avrokuboklara vəsiqə qazanacağınıza inanırsınız?

- Biz də “Bakı” kimi ancaq dördüncü yer uğrunda mübarizə aparırıq. Məqsədimiz avrokuboklara qatılmaqdır. Bunun üçün şansımız da var. Çalışacağıq ki,dördüncü yeri “Simurq”a verməyək. Buna görə qarşıdakı oyunlarda daha yaxşı çıxış etməliyik. İnanıram ki, oyunlara lazımınca hazırlaşsaq, “Bakı” iki xallıq fərqi aradan qaldıra bilməyəcək.

- “Bakı” ilə oyundan sonra baş məşqçiniz Georgi  Çixradze  azarkeşə hücum etdiyinə  görə AFFA tərəfindən 10 oyunluq cəzalandırıldı. Bu isə onun üçün bu mövsümün başa çatması deməkdir. Bu, qarşıdakı oyunlarda siz futbolçulara necə təsir edəcək?

- Mən baş məşqçimizi yaxşı tanıyıram. Ona nəsə deyilməsə, belə etməzdi. İstəməzdim ona belə cəza verilsin. Çünki 10 oyunluq cəza çoxdur. Biz indiyənə qədər belə vəziyyətə düşməmişdik. Əlbəttə baş məşqçimizin olmamağı bizim üçün çətinlik yaradacaq. Yenə də çalışacağıq ki, öz oyunumuzu oynayaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki