Ötən mövsüm rəqiblərindən bir baş üstün oyun nümayiş etdirərək çempionluğu vaxtından əvvəl bayram etmiş “Neftçi” PFK bu mövsüm də qələbəyə iddialıdır. Avrokuboklardakı uğursuzluqdan sonra baş məşqçi dəyişikliyinə gedən flaqman heyətini qoruyub saxladı. Məhz həmin heyət hazırda çempionatın lideridir.
Komandanın göstərdiyi məzmunlu oyun gələcəyə nikbin baxmağa əsas verir. Təbii ki, bu ilki hədəflərin başında, ölkəmizi avrokuboklarda layiqli təmsil etmək dayanır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün “Neftçi” PFK yerli futbolçuların xidmətindən yararlanmaq niyyətindədir. Komanda rəhbərliyi legioner futbolçuların transferi məsələsinə də olduqca həssas yanaşır. Bu gün “Neftçi” PFK-nın heyətində meydana çıxan əcnəbi futbolçular, yerli gənc oyunçulara örnəkdir.
Hələ SSRİ dönəmində hamımızın qürur mənbəyinə çevrilmiş “Neftçi” oyunu ilə milyonların qəlbini fəth etmişdi. Flaqman 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanmaqla adını futbol tariximizin şanlı səhifələrinə köçürmüşdü. Minlərin, milyonların deyil, xalqın komandasına çevrilmiş “Neftçi” o illərdə bizi həmrəyliyə çağıran bir güc idi. Hamımız yalnız flaqmanın qələbəsinə sevinir, məğlubiyyətinə kədərlənirdik.
“Neftçi” PFK-nın uğurlarını yada salmaq üçün yaxın keçmişə qayıtmaq kifayətdir. 2004-2005-ci illərdə ölkə çempionluğunu bayram etmiş komandanın avrokuboklardakı uğurları da həmin vaxta təsadüf edir. Heç şübhəsiz ki, bu uğurların memarı o vaxt “Neftçi” klubunun prezidenti olan Rövnəq Abdullayevdir. Məhz Rövnəq Abdullayevin böyük diqqət və qayğısı nəticəsində “Neftçi” ardıcıl 2 il Çempionlar Liqası turnirində mərhələ adladı. 2004-2005-ci il mövsümündə Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubunu mübarizədən kənarlaşdırmış flaqman ikinci turda Rusiyanın güclü MOİK komandasına məğlub oldu. Təsadüfi deyil ki, MOİK həmin mövsüm UEFA kubokunun qalibi adını qazanmışdı. Bakıda keçirilmiş matçda Rusiya təmsilçisi ilə 0:0 hesablı heç-heçəyə imza atmış “Neftçi” PFK səfərdə 0:2 hesabı ilə məğlub olmuşdu.
Bundan bir il sonra “ağ-qaralar” qitənın ən mötəbər klub turnirində İslandiyanın “Hafnarfyordur” klubunu hər iki qarşılaşmada üstələməyi bacardı. Növbəti mərhələdə flaqmanın yolunu Belçika çempionu Anderlext kəsdi. Halbuki komanda güclü rəqibini Bakıda minimal hesabla məğlub etmişdi.
Uğurların davamı “Birlik kuboku” turnirində gəldi. 2005-ci ildə sözügedən yarışın finalına çıxan “Neftçi” PFK növbəti il kuboku başı üzərinə qaldıran ilk Azərbaycan təmsilçisi oldu.
Sonrakı 6 ildə komanda sanki uğursuzluq zolağına düşdü. Müəyyən məğlubiyyətlər səbəbindən flaqman elə bir ciddi nailiyyət əldə edə bilmədi.
Amma flaqman yenidən toparlanmağı bacardı. Sadıq Sadıqovun klub prezidenti təyin olunması ilə “Neftçi” PFK uğurlarını yenidən sıralamağa başladı. Sadıq müəllimin rəhbərliyi altında toplanan komanda 6 il sonra yenidən çempionluq yaşadı. Bu günün flaqmanı 6 il öncəki qələbələrin təməli üzərində dayanır. Təsadüfi deyil ki, bu gün “Neftçi” PFK-nın 50-yə yaxın futbolçusu müxtəlif yaş qrupları üzrə milli komandalarımızın heyətinə cəlb olunur. Premyer liqada lider mövqeyində qərarlaşmış flaqmanın nümayiş etdirdiyi oyun klub rəhbərliyinin göstərdiyi qayğının bariz nümunəsidir. “Neftçi”nin aşağı yaş qrupları üzrə komandaları da müvafiq çempionatlarda liderlər mövqeyində qərarlaşıb. Bütün bu nəticələr onu deməyə əsas verir ki, “Neftçi” PFK bu gün doğru inkişaf xətti götürüb.
Bu nailiyyətlərin təməlində isə, dünənin uğurları dayanır. 6 il öncə Rövnəq Abdullayevin rəhbərlik etdiyi komanda bu günün flaqmanı üçün bir örnəkdir. Hazırda AFFA prezidenti olan Rövnəq Abdullayev, ümumilikdə Azərbaycan futboluna xidmət edir. Təbii ki, bütün klublarımız bu uğurun tərkib hissəsinə çevrilməlidir.
2006-cı ildə “Neftçi” klubunun rəhbərliyini və üzvlərini qəbul edən dövlət başçısı İlham Əliyevin “Neftçi”nin ünvanına səsləndirdiyi fikirlər flaqman sevərlərin yaddaşlarında dərin iz buraxıb. Cənab prezident “Neftçi”nin qazandığı bu zəfərin gələcək uğurlara örnək olacağını vurğulamışdı.
Bütün “Neftçi” azarkeşləri də inanır ki, xalq komandası Azərbaycanda olduğu kimi, Avropada da zəfərlərini davam etdirəcək!
ELNUR
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı