Unibank Premyer Liqasının 2010/11 mövsümünün qalibi olan "Neftçi" bu ilin noyabrında qızıl medallarla təlfit olunmuşdu. Qol.Az-ın məlumatına görə, həmin müddətdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov müqəddəs Həcc ziyarətində olduğundan, futbolçu Rodriqinyo isə Braziliyada əməliyyat olunduğundan, mükafatlandırma mərasimində iştirak edə bilməmişdilər.
Buna görə də həm klub rəhbəri, həm də braziliyalı yarımmüdafiəçi qızıl medallara məhz bu gün, "Neftçi" yenidən turnir cədvəlinin zirvəsində qərarlaşdığı bir zamanda qovuşublar. Klubun bazasında baş tutan tədbirdə Sadıqova qızıl medalı komandanın adından "Neftçi"nin kapitanı Rail Məlikov təqdim edib.
Komandanın üzvləri bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər:
Rail Məlikov: "Klub prezidentimiz hər matça ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir və kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu. İnşallah, uğurumuzu bu il də davam etdirərik".
Rodriqinyo: "Neftçi"nin rəhbərliyi həmişə futbolçulara xüsusi diqqət və qayğı ilə yanaşırlar. Bu gün bunu bir daha gördüm. Vətənim Braziliyada əməliyyat olunduğum üçün mükafatlandırma mərasiminə qatıla bilməmişdim. Bununla belə, medalsız qalmadım. Bu gün klub prezidenti özü şəxsən medalı mənə təqdim elədi. Buna görə özümü çox xoşbəxt hiss edirəm".
Ruslan Abışov: "Çempionluqda təkcə biz futbolçuların deyil, klub rəhbərliyi və məşqçilər heyətinin də əməyi böyükdü. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq Sadıqovun zəhməti və qayğısı var".
Flavinyo: "Bu gün bizim üçün çox əhəmiyyətli gündür. Çempionluq sevincini yenidən bölüşdük. Çox istərdim ki, bu il çempionluqla yanaşı, ölkə kubokunun da qalibi olaq".
İqor Mitreski: "Çempion olmaq çətindir, bu titulu qoruyub saxlamaq isə daha çətindir. Çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub avrokuboklarda uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirmək istəyirik".
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı