Bu mövsümdən Premyer Liqada yarışan «Sumqayıt Şəhər» futbol klubunun AFFA-ya, konkret olaraq, bu qurumun baş katibi Elxan Məmmədovun komandası olması haqda mətbuatda çox yazı dərc edilib.
Düzdür, klubun prezidenti Kamran Quliyev mətbuatda hər açıqlamasında bu xəbərləri təkzib edib və hamını inandırmağa çalışır ki, belə bir şey qətiyyən yoxdur. Ümumiyyətlə, Kamran müəllim «Sumqayıt Şəhər»in müstəqil bir klub olduğunu deyir, işlərini əsl peşəkar səviyyədə qurduğunu iddia edir.
Düzü, biz qətiyyən bu fikrin əleyhinə deyilik. Ola bilər ki, «Sumqayıt Şəhər»də təşkilati işlər doğrudan da, çox əla səviyyədə qurulub. Amma bir şeyi başa düşmürük, «Sumqayıt Şəhər» klubunun, yəni Kamran Quliyevin dediyi kimi, müstəqil bir klubun ofisi nəyə görə bu ölkənin ən böyük qurumlarından olan Dövlət Neft Şirkətində yerləşir? Yox, təəccüblənməyə gərək yoxdur, «Sumqayıt Şəhər»in ofisi həqiqətən də Dövlət Neft Şirkətində yerləşir. Hörmətli oxucu, əgər sizdə hələ də şübhə yeri qalıbsa, o zaman ya bu yazının lap sonunda dərc etdiyimiz şəkilə baxın, ya da «Sumqayıt Şəhər» futbol klubunu rəsmi saytına (sumqayitpfc.az) daxil olub, «Əlaqə» bölməsini seçin və orada göstərilən əlaqə nömrəsinə - (+994 12) 521 00 00 telefona zəng vurun. Onda özünüz də əmin olacaqsınız ki, operator həzin bir səslə deyir: «Salam! Siz Dövlət Neft Şirkətinə zəng eləmisiniz. Daxili nömrəni bilirsinizsə, yığın və ya operatorun cavabını gözləyin».
Mətləbə dəxli olsa da, olmasa da, bu məsələ lap Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiya ilə müharibələri barədə olanları xatırlayarkən söylədiyi məşhur bir ifadəsini yada salır: «Üç dəfə Medvedyevə zəng etdim, telefonu Putin götürdü».
İndi üç gündür bizim Qol.Az saytının əməkdaşları «Sumqayıt Şəhər» klubuna zəng edir, telefona ARDNŞ cavab verir.
Hörmətli «Sumqayıt Şəhər»in rəhbərliyi, bəlkə bu sadə suala cavab verəsiniz, niyə?
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı