39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər

39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
DÜNYA FUTBOLU 4 Sentyabr 2026 / 17:18 577
-  A +

“Everton” hücumçu Ceymi Vardini transfer etməkdə maraqlıdır.

QOL.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məlumata görə, 39 yaşlı ingiltərəli futbolçu yay transfer pəncərəsində yeni hücumçu tapa bilməyən “Everton”un diqqətini çəkib. Hazırda klubun heyətində cəmi 18 meydan oyunçusu qalıb.

Vardinin son klubu İtaliyanın “Kremoneze”si olub. Hücumçu 2025/26 mövsümündə 29 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Müqaviləsi başa çatdıqdan sonra Vardi azad agent statusu alıb.

Vardiyə “San-Paulu”, “Rekshem” və “Vest Hem” klublarının da maraq göstərdiyi bildirilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner