“Sabah”ın futbolçusu Timoteuş Puhaç (Tymoteusz Puchacz) UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandıqdan sonra yaşadığı emosiyalardan danışıb.
QOL.az Polşa mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi “Foot Truck”a açıqlamasında “Hapoel” (Beer-Şeva, İsrail) üzərindəki qələbədən sonra göz yaşlarını saxlaya bilməməsinin səbəbini izah edib.
Puhaç bildirib ki, bir il əvvəl “Sabah”a keçərkən onun ünvanına səsləndirilən tənqidlər də həmin anda keçirdiyi hisslərə təsir edib: “Bunu təsvir etmək çətindir. Həmin an nə hiss etdiyimi bilmirəm. Bu, arzunun gerçəkləşməsi idi, amma eyni zamanda bir il əvvəl baş verənlərə də cavab idi. “Sabah”a keçidimdən demək olar ki, düz bir il ötüb. İnternetdə haqqımda xoşagəlməz fikirlər görürdüm. Yazırdılar ki, artıq peşəkar futbolçu deyiləm, məni ciddi qəbul etmək olmaz.

Bütün bunlar – arzunun gerçəkləşməsi və yaşananlar – emosiyaların üzə çıxmasına səbəb oldu. “Orhus”la oyundan sonra Çempionlar Liqasında oynaya biləcəyimi düşünəndə də bir neçə damla göz yaşı axıtmışdım. Mən həssas biriyəm".
Polşalı futbolçu həlledici görüşün sonlarında artıq emosiyalarını cilovlaya bilmədiyini söyləyib: “Karyeramın bu mərhələsində futbolda həmişə mənə təsir edən emosiyaları idarə etməyi bacarıram. Daha ağıllı oynadığımı, başqa oyun üslubu göstərdiyimi düşünürəm. Amma orqanizmi aldatmaq olmur. Artıq paltardəyişmə otağında ürəyimin necə döyündüyünü hiss edirdim. Orqanizm qeyri-adi bir şeyin baş verdiyini anlayırdı. Hesab 4:2 olanda ağlamağa başladım. 5:2-dən sonra isə özümü saxlaya bilmirdim”.
Puhaç “Hapoel”lə matçda etdiyi məhsuldar ötürməyə də toxunub: “Assist? Künc zərbəsini bir qədər uzağa göndərdim. Bu, “Sabah”da keçirdiyim ən yaxşı oyun deyildi”.
Qeyd edək ki, “Sabah” “Hapoel”i cavab qarşılaşmasında 5:2 hesabı ilə məğlub edərək (ilk oyun 1:2) tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.
Əlavə edək ki, Puxaç ÇL-in təsnifat mərhələsində ən çox qol ötürməsi (5 dəfə) edən futbolçu olub.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri