"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasında 2-ci turunda "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az sportal.az-a istinadən ukraynalı mütəxəssisin mətbuat konfransını təqdim edir.
- "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olarmı?
- Mənə bu suala cavab vermək çətindir. Bəli, daha tez başlamışdıq təlim-məşq toplanışına. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik.
- 5 qoldan cəmi birini ikinci hissədə vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdimi?
- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bunu dəyərləndirə bilmədik. Emil Balayev bizi 3 real qoldan xilas etdi. Onu da təbrik etmək istəyirəm.
- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişik...
- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdilər ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.
- Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?
- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur.
- "Sumqayıt"la və bu gün keçirilən matçda da künc zərbələrindən fərqləndiniz...
- Önəmlisi də odur ki, çemoionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq.
– Minsk “Dinamo”suna məğlubiyyətdən bir ay keçir və hiss olunur ki, bunu unutmursunuz. İndi həmin rəqiblə qarşılaşsaydınız, mərhələni keçərdiniz?
– Bu suala cavab vermək istəmirəm. Həmin oyunun ağrısı mövsümün sonuna, bəlkə də daha sonraya qədər mənimlə qalacaq. Baş məşqçi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm, futbolçularda günah axtarmıram. Azarkeşlərimizdən bir daha üzr istəyirəm və çalışacağıq ki, onları bir daha belə məyus etməyək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz