Misli Premyer Liqasının ikinci turu çərçivəsində "Qəbələ" "Şəfa"ya 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
“Nəticə çox pis oldu. Öz azarkeşlərimiz önündə məğlubiyyətlə üzləşdik və təbii ki, bunda hər birimizin günahı var. Düşünürəm ki, rəqib yeganə ciddi qol imkanından istifadə etdi. Bizim də imkanlarımız oldu, amma onlardan yararlana bilmədik.
Oyun keyfiyyəti baxımdan da istədiyimiz səviyyədə deyildik. Bəzən mərkəzdə çox top itirirdik, ötürmələrdə isə ləng hərəkət edirdik. Bu top itkilərindən sonra rəqib 15-20 dəqiqə ərzində qapımız önündə əks-hücumlar yaradırdı. Görünür, bəzi futbolçular hələ də onlardan nə tələb etdiyimizi tam başa düşmür. Bəziləri isə, görünür, hansı səviyyəli çempionatda çıxış etdiklərini hələ dərk etmirlər. Halbuki Azərbaycan Premyer Liqası xeyli inkişaf edib.
Qələbə qazanmaq üçün kifayət qədər qol epizodu yaratdıq, amma onlardan istifadə edə bilmədik. Keyfiyyətimizi artırmalıyıq. Ötən mövsümdəki kombinasiya futbolumuz hazırda yoxdur. İndiki halda daha çox cinah ötürmələri hesabına təhlükəli olmağa çalışırıq”.
- İki mərkəz hücumçusu ilə oynamaq sizin üçün effektiv olacaq? Bu gün onların o qədər də effektli olmadığı göründü...
- Razıyam. Ümid edirik ki, iki hücumçu ilə oyun gələcəkdə öz bəhrəsini verəcək. Düzdür, onlar rəqibin müdafiəsi üçün müəyyən gərginlik yaradırdılar. İkisinin birlikdə təxminən dörd qol epizodu oldu, amma onlardan istifadə edə bilmədik.
Oyunu elə qurmuşduq ki, cinahlardan iki mərkəz hücumçusuna ötürmələr gəlsin və onlar bu imkanlardan yararlansınlar. Təəssüf ki, istədiyimiz alınmadı.
- "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqdan sonra komandanızın böyük potensiala malik olduğunu demişdiniz. İndi də eyni fikirdəsiniz?
- Əlbəttə, düşünürəm ki, komandada potensial var. Futbolçuların indiyədək göstərdiklərinə əsasən bunu deyə bilərəm. Amma digər tərəfdən, Tovuzdakı oyun bu heyətlə ilk matçımız idi. Bunun üzərində işləməli, təhlil aparmalıyıq.
Kombinasiya oyunumuzu itirmişik və bu baxımdan daha yaxşı ola bilərik. Əlbəttə, nəticənin pis olması ilə razıyam. Amma rəqib demək olar ki, yeganə ciddi qol imkanından istifadə etdi. Bizim isə, məsələn, dirəkdən qayıdan toplarımız oldu və digər imkanlardan da yararlana bilmədik.
- Ötən mövsüm seleksiyadan narazı olduğunuzu, komandada Misli Premyer Liqasının səviyyəsinə uyğun olmayan futbolçuların olduğunu demişdiniz. Bu mövsüm də vəziyyət eynidir?
- Gəlin ötən mövsüm barədə danışmayaq. Hazırkı heyətdə futbolçular var, sadəcə, onların uyğunlaşması üçün zamana ehtiyac var.
- İkinci turdan sonra azarkeşlər artıq sizi istefaya çağırdılar. Demək olar ki, sizinlə azarkeşlər arasındakı bağ qopub...
- Azarkeşlər hər məğlubiyyətdən sonra məni istefaya çağırmaq hüququna malikdirlər.
- Görünür, sizinlə azarkeşlər arasındakı qarşılıqlı inam da itib. Bu sizi narahat etmir?
- Sağ olun.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi