Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Şamaxı" "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Azər Bağırov oyundan sonra matç barədə fikirlərini bölüşüb:
"Qarabağ"a qarşı oynayırdıq və rəqibin gücü bəllidir. Çempionatın əvvəlində komandamızda müəyyən çatışmazlıqlar var. Çalışacağıq ki, bu oyundan yaxşı nəticələr çıxaraq, səhvlərimizin üzərində işləyək. Düşünürəm ki, zamanla daha yaxşı “Şamaxı” görəcəyik".
- Hansı səhvlərə görə məğlub oldunuz? Avtoqol məğlubiyyətə təsir etdi?
- Əslində, bunlar normal oyun epizodlarıdır. “Qarabağ”ın kifayət qədər qol epizodları var idi. Avtoqol və digər səhvlər - bunların hamısı çatışmazlıqlarımız idi. Dediyim kimi, onların üzərində çalışacağıq. Qarşımızda çətin yol var, amma bunun öhdəsindən gəlməyə çalışacağıq.
- Yay hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- Normal keçdi. Bir müddət Qəbələdə hazırlıq keçdik. Əsas hazırlıq prosesini iki hissəyə böldük, daha sonra yoldaşlıq görüşləri keçirdik. Məncə, hazırlıq prosesi yaxşı alındı. Bu gün “Qarabağ”a qarşı ilk turda oynamağımızın yaratdığı müəyyən həyəcan da ilk hissədə hiss olunurdu. Amma ümumi götürəndə hər şeyin qaydasında olduğunu düşünürəm. Qarşıda çox işimiz var, əlimizdə material var və onun üzərində işləyəcəyik.
- Yeni transferlər gözlənilir?
Əslində, transferləri başa çatdırmışıq. İnşallah, qış fasiləsindən sonra ola bilər. Çatışmazlıqlarımızı gördünüz. Əks-hücumlarda bəzi epizodlar var ki, orada daha konkret qərarlar verməliyik. Kiçik səhvlərimiz var. Çalışacağıq ki, onların üzərində işləyək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi