"Neftçi" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" klubu ilə üz-üzə gələcək.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub bu barədə fikirlərini bölüşüb:
"Sloveniyada toplanış yaxşı keçdi. İstədiyimiz yoldaşlıq görüşləri keçirdik. Rəqiblərimiz heç də pis komandalar deyildi. Əlbəttə, daha çox qələbə qazanmaq istəyərdik. Amma bu, təlim-məşq toplanışı idi və əsas məqsəd futbolçuların fiziki hazırlığını gücləndirmək idi. Bütün oyunçular eyni səviyyədə yüklənmə aldılar və eyni zamanda oyun praktikası qazandılar. Hesab edirəm ki, təlim-məşq toplanışını uğurla başa vurduq. Ən önəmlisi isə odur ki, bu dövrü zədəsiz keçirdik".
Vernidub eyni zamanda transfer siyasəti və gücləndirilməsi planlaşdırılan mövqelər barədə də məlumat verib:
"Transfer məsələsinə gəlincə, hansı mövqelərə oyunçu lazım olduğunu bilirik. İstədiyimiz futbolçular üzərində konkret işləyirik və bu məsələdə səhvə yol vermək istəmirik. Əminliklə deyə bilərəm ki, komanda getdikcə daha da güclənəcək. Yeni cəlb olunan oyunçular da heyəti kifayət qədər gücləndirirlər. Bundan başqa, heyəti gücləndirmək üçün əsas diqqəti hücum xəttinə və sağ cinaha yönəltmişik. Bu istiqamətdə işlər davam edir".
Baş məşqçi bütün diqqətlərini "Dinamo" ilə matça yönəltdiklərini bildirib:
"Hazırda heç bir vəd vermək istəmirəm. Sizə qrup mərhələsinə mütləq yüksələcəyimizi deyə bilmərəm. Bunun üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, bu, asan olmayacaq. Hər şey komandamızın oyunundan və püşkatmadakı rəqiblərdən asılı olacaq. İlk növbədə, "Dinamo" səddini keçməliyik. Bu komanda Belarus çempionudur və hazırda da ölkə çempionatının lideridir. Çox güclü rəqibdir, bizi çətin qarşılaşma gözləyir və biz də buna hazırıq".
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 22-də Bakıda keçiriləcək. Cavab görüşü isə iyulun 30-da baş tutacaq.
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video