Bolqarıstanın “Teleqraf” nəşri “Qarabağ” komandasına yazı həsr edib.
QOL.az “Qarabağ” yaralıdır, amma hələ də çox təhlükəlidir” adlı yazını təqdim edir:
“Azərbaycan təmsilçisi ən böyük ulduzlarını satıb, lakin tanınmış simalarla güclü transfer kampaniyası aparıb. Qurban Qurbanovun Avropada bənzəri yoxdur.
“Qarabağ” Avropa Liqasında SSKA-nın (Bolqarıstan - red.) növbəti rəqibi olacaq. Bu iki qarşılaşmaya azərbaycanlıların İslandiyanın “Vestri” klubunu, “ordu təmsilçiləri”nin isə “Derri Siti”ni mübarizədən kənarlaşdırmasından sonra yol açılıb.
“Qarabağ”ın adını eşidəndə ağlımıza təkcə Çempionlar Liqasının əsas mərhələsində çıxış etməklə kifayətlənməyən, hətta qrupdan çıxmağı bacaran o qüdrətli komanda gəlir. Elə bir kollektiv ki, cəmi iki il əvvəl Razqradda “Ludoqorets”in qapısından 7 top keçirmiş və əsl Şərqi Avropa nəhənginə çevrilmişdi.
Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Qurban Qurbanovun komandasının yerli çempionatdakı hegemonluğu sona çatıb. “Qarabağ” ötən mövsüm bizim ölkədə də yaxşı tanınan Valdas Dambrauskasın rəhbərlik etdiyi və bir il əvvəl “Levski”nin mübarizədən kənarlaşdırdığı “Sabah”dan 9 xal geri qalaraq başa vurub.
Ancaq yaralı olmasına baxmayaraq, “Qarabağ” yenə də təhlükəlidir.
Ağdam təmsilçisi ən böyük ulduzu Kamilo Duranı təxminən 6 milyon avro qarşılığında “Seltik”ə satıb. Bundan başqa, vaxtilə “Çerno More”də çıxış etmiş Leandro Andrade də komandanı tərk edərək Ukraynanın “Polissya Jitomir” klubuna keçib. Bəli, bir neçə həftə əvvəl yoxlama oyununda SSKA-nı darmadağın edən həmin komandaya.
İndiyədək “Qarabağ” 8 yeni futbolçu heyətə cəlb edib və onların hər biri üçün transfer haqqı ödəyib. “Almeriya”dan Bruno Lanqa, “Zalaeqerseq”dən Bençe Varkoni və “Ferensvaroş”dan Cebrail Makretskis üçün hərəsinə 1 milyon avro xərclənib.
Sonuncu futbolçu Bolqarıstanda yaxşı tanınır. O, vaxtilə “Pirin”in formasını geyinib, həmçinin “Levski”yə mümkün keçidi ilə gündəmə gəlib.
Renaldo Sefas, Zakariya Savo, Martin Zlosmisliç, Samuel Lobato və Jali Muadib üçün isə nisbətən aşağı məbləğlər ödənilib”.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq