Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində San Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis ilk olaraq hazırlıq prosesi və komandadakı ümumi vəziyyətlə bağlı danışıb:
"Hər şey plan üzrə gedir. Geniş heyətimiz var. Sadəcə, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsini buraxdılar. Bu da planlarımızı bir qədər pozdu. Təbii ki, hər iki matçda qalib gəlmək istəyirdik. Lakin bir yerdə olmaq, bu görüşləri keçirib hücumdakı problemlərimizi görmək vacib idi. Son məğlubiyyətə gəlincə, yaxşı oynamağımıza baxmayaraq nəticə bizi qane etmədi. Hücumları məntiqli sonluqla tamamlamaq lazımdır. Futbolçuların oyun praktikası ilə bağlı müəyyən problemləri var, lakin bu, bəhanə ola bilməz".
Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:
Oyunun təhlili zamanı futbolçulara əsas hansı iradlar bildirildi?
- Öncəki oyunda komandamız tərəfindən yaxşı hücumlar və mübarizə gördük, sadəcə sonluq çatışmadı. Bununla bağlı təhlil zamanı komandaya iradlarımızı bildirdik. Onlar bu ölkənin ən yaxşılarıdır və imkan yaranırsa, mütləq qol vurmalıdırlar. Hücumları tamamlamaq üçün oyun praktikası çatışmadı. Əgər onlar millidə yaxşı oynamaq istəyirlərsə, klublarında 7-8 dəqiqə meydanda olmaqla kifayətlənməməlidirlər.
- İlk oyundan sonra heyət dəyişəcəkmi?
- Heyəti tamamilə dəyişəcəyik. Start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov meydana çıxacaq.
- Cəlal Hüseynov hansı mövqedə oynayacaq?
- Cəlal universal oyunçudur. Biz onu hələ "Şamaxı"da digər mövqelərdə sınamışdıq. Ehtiyac olarsa, dayaq yarımmüdafiəçisi kimi də oynaya bilər.
- Abdulla Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?
- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.
- Sabah qələbə qazanmaq şansımız nə qədərdir?
- Buna inanıram. Futbolçular da inanırlar. Bizə qələbə lazımdır. Biz bu komanda ilə inkişaf etmək istəyirik.
Jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı