Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis Millətlər Liqasına hazırlıq xarakteri daşıyan bu toplanışın əhəmiyyətindən danışıb və qarşıdakı matçlarda həm bütün oyunçuları sınaqdan keçirmək, həm də qələbə qazanmaq istədiklərini vurğulayıb:
"Bu, Millətlər Liqasının startından əvvəl sonuncu toplanışımızdır. Ağır mövsümdən sonra bir araya gəlmişik. Komandanın böyük həvəslə məşq etməsi məni çox sevindirir. Malta və San-Marino ilə matçlarda bütün oyunçularımızı yoxlayacağıq. Bu oyunlar ərəfəsində komandada böyük istək var. Yoldaşlıq matçları olmasına baxmayaraq, hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik. Bizi olduqca maraqlı matçlar gözləyir".
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandıraraq rəqib seçimi, start heyəti və bəzi futbolçuların fərdi durumu ilə bağlı məqamlara aydınlıq gətirib:
- Niyə məhz bu komandalar seçildi?
- Biz matçları burada oynamaq istəyirdik, lakin heç də bütün komandalar bura gəlməyə razı deyildi. Onlar bizi öz meydanlarında qəbul etmək istəyirdilər. Lakin yorucu və uzun səfərlərə görə biz bununla razılaşmadıq. Millətlər Liqasına hazırlaşdığımız üçün oyun tərzi və güc baxımından Litva və Lixtenşteynə yaxın olan rəqibləri seçdik.
- Artıq 11 ildir ki, Maltanı məğlub edə bilmirik. Sabah bu seriyaya son qoyulacaqmı?
- Bəli, əvvəllər onlara məğlub olmuşuq, heç-heçə oynamışıq. Lakin sabah inamlı çıxış edib qalib gəlmək istəyirik. Təbii ki, rəqib də qələbə qazanmağa çalışacaq. Onların güclü komandalarda çıxış edən kifayət qədər yaxşı hücumameyilli futbolçuları var.
- Bu yoldaşlıq matçlarının nəticələri sizin üçün nə dərəcədə önəmlidir?
- Belə oyunlar bizə müəyyən qədər risk etmək imkanı verir. Ancaq harada və kimə qarşı oynamağından asılı olmayaraq, həmişə qalib gəlmək istəyirsən. Bəli, qələbə qazanmaq əsas hədəfimizdir. Lakin nümayiş etdirəcəyimiz oyunun keyfiyyəti də bizim üçün eyni dərəcədə vacib olacaq.
- Sabah Emil Balayevdən başqa daha kimlər əsas heyətdə meydana çıxacaq?
- Hər iki matç üçün fərqli heyətlərimiz olacaq. Sabah Emil əsas qapıçı kimi çıxış edəcək. Start heyətində həmçinin Anton Krivotsyuk, Bədavi Hüseynov, Elvin Bədəlov, Qismət Alıyev, Elvin Cəfərquliyev, Emil Səfərov, Aleksey İsayev, Mahir Emreli, Toral Bayramov və Xəyal Əliyev yer alacaq. İkinci oyunda isə tamamilə fərqli bir heyəti meydana buraxacağıq.
- Elvin Cəfərquliyev hazırda nə dərəcədə formadadır?
- Onunla bu barədə söhbət etdik. Çox böyük həvəsi var və böyük futbol üçün həqiqətən darıxıb. İnanıram ki, sentyabr ayınadək Elvin yeni klubunda kifayət qədər oyun praktikası qazanacaq. Biz ümumiyyətlə klubun və futbolçunun daxili işlərinə qarışmırıq, amma inanırıq ki, ona yeni komanda tapması üçün lazımi şərait yaradılacaq. O, bizim üçün çox vacib oyunçudur.
Jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi