"Sabah"da ən çox forma geyinən futbolçu klubdan ayrıldı

"Sabah"da ən çox forma geyinən futbolçu klubdan ayrıldı
ÖLKƏ FUTBOLU 5 Yanvar 2026 / 21:05 3014
-  A +

"Sabah" FK müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Boyan Letiç 2022-ci ilin fevral ayından "Sabah"ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib.

Letiç "Sabah"ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi klubun tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidir.

Letiç "Sabah"ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Daha çox


Son xəbərlər
06.01.26  11:38

"Barselona"ya qayıdır