“Çelsi” azarkeşləri klub rəhbərliyinə qarşı etiraz aksiyası keçirməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
Aksiya İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Brentford”la keçiriləcək növbəti ev oyunu zamanı planlaşdırılır. Qarşılaşma yanvarın 17-də keçiriləcək.
Mənbənin məlumatına görə, sosial şəbəkələrdə azarkeşlər arasında “klubun idarəetmə modeli və strategiyasına qarşı, xüsusilə də ortaq sahiblərdən biri olan Behzad Egbali və “Çelsi”nin idman direktorlarına qarşı dinc etiraz üçün birləşmək” çağırışı yayılıb.
Qeyd olunur ki, planlaşdırılan etiraz aksiyası yeni baş məşqçi postuna namizədlərlə bağlı deyil. Azarkeşlər öz mövqelərini izah edərkən bildiriblər ki, rekord məbləğdə xərclər və gənc futbolçulara yönəlmiş strategiya komandanın oyun səviyyəsini yüksəldə bilməyib. Onların fikrincə, balanssız, təcrübəsiz və daim dəyişən heyətə görə məsuliyyətin məşqçilərin üzərinə qoyulması ədalətsizdir.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”