"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) bu mövsüm Çempionlar Liqasında komandasının ən sabit və diqqətçəkən futbolçularından birinə çevrilib. 25 yaşlı qolkiper "Benfika" və "Kopenhagen"lə görüşlərdə göstərdiyi çıxışla adından söz etdirmişdi. O, hətta "Napoli" ilə son oyunda məğlubiyyətə baxmayaraq, yüksək qiymətlər alıb.
QOL.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, çərşənbə axşamı keçirilən "Napoli" – "Qarabağ" matçında penalti qaytaran yeddinci polşalı qapıçı kimi Çempionlar Liqasının tarixinə düşüb. Bu performansdan sonra azarkeşlər və futbol mütəxəssisləri 25 yaşlı qapıçının böyük kluba transfer vaxtının çatdığını düşünürlər. Koxalskinin özü də bu fikrə qismən qatıldığını "Kanal Sportovıya"ya (Polşa) müsahibəsində etiraf edib.
O deyib: “Azərbaycanda ilk vaxtlar özümü ideal hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim. Amma bu, mümkün olmadı və qalmaqla yaxşı qərar vermiş oldum. İndi məqsədim daha da inkişaf etmək, irəli getmək və arzularım uğrunda mübarizə aparmaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabr ayında onunla “Borussiya Dortmund”un maraqlandığı xəbərləri yayılmışdı.
"Napoli" ilə matçın ən yaxşı oyunçularından biri olmasına baxmayaraq, Koxalski nəticədən məmnun qalmadığını deyib: “Oyundan sonra emosiyalar var idi, amma daha çox mənfi… Çünki uduzduq”.
O, penaltilərə necə hazırlaşdığını da açıqlayıb: “Xüsusi nəzəriyyələrim yoxdur. Analiz edərkən futbolçunun zərbədən əvvəl dayanıb-dayanmadığını, qəribə hərəkətlər edib-etmədiyini, adətən hansı küncə vurduğunu izləyirəm. İki oyunçunu analiz etmişdim, amma Höylundu yox. Ona görə meydanda tez qərar verməli oldum”.
Koxalski "Qarabağ"ın Azərbaycandan gördüyü dəstəkdən də danışıb: “Qarabağ" bütün ölkənin qürurudur. Yaxşı oynayırıq, güclü rəqibləri məğlub edirik. Komanda illərdir Çempionlar Liqasına hesablanaraq qurulur, məşqçi də çox rotasiya edir. Bu mövsüm belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi. Üç oyun qalıb və pley-offa çıxmaq imkanımız realdır”.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu