Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. O, 4-cü turun "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) matçının baş hakimi olacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.
Beləliklə, bu turda "Qarabağ"la yanaşı, Azərbaycan öz hakimləri ilə də Çempionlar Liqasında təmsil olunacaq.
QOL.az-ın xəbərinə görə, bu, 38 yaşlı Ağayevin Çempionlar Liqasının əsas mərhələsində (qrup/Liqa) idarə edəcəyi 6-cı oyun olacaq. İndiyədək Azərbaycandan heç bir hakim Avropanın bir nömrəli klub yarışında bu qədər çox sayda oyunda fit çalmayıb.
Ağayev 2022/23 mövsümündən başlayaraq həmin yarışlara təyinat alır. O, bu günə qədər ÇL-in əsas mərhələlərində "Kopenhagen" - "Borussiya" (Dortmund), "Srvena Zvezda" - "Mançester Siti", "Şturm" - "Brügge", "Bolonya" - "Monako", bu mövsümdə isə "Kopenhagen" - "Bayer" matçında baş hakim olub. O, geridə qalan bu 5 matçda ümumən 24 dəfə sarı vərəqə göstərib, qırmızı vərəqəyə isə hələlik əl atmayıb.
Qeyd edək ki, 2013-cü ildən FİFA referisi statusu daşıyan Ə.Ağayev mütamadi olaraq digər avrokubok matçlarına, eləcə də milli komandalar səviyyəsində Avropa və dünya çempionatlarının seçmə oyunlarına təyinat alır.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov