“İmişli” yaxşı komandadır. Heyətlərində güclü futbolçuları var. Buna görə də oyunun çətin olacağını bilirdik. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın kapitanı Urfan Abbasov Misli Premyer Liqasının VII turunda “İmişli”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, bu dəfə start heyətində yer almamasına, sonradan meydana daxil olmasına belə münasibət bildirib: “Bu, baş məşqçinin qərarıdır. Mən də Elmar müəllimin seçiminə hörmətlə yanaşıram. Fərqi yoxdur, start heyətində yer aldım, ya 3-5 dəqiqə meydanda oldum. Nə qədər oynamaq önəmli deyil. Əsas odur ki, komandaya xeyir verək”.
Son 2 turda qələbə qazana bilməyən “Araz-Naxçıvan” “İmişli” ilə görüşdə uğursuzluğa son qoydu. U.Abbasov qeyd edib ki, bu, komandada ab-havanı düzəldəcək: “Əlbəttə, qələbədən sonra hər şey yaxşı olur. Ümumilikdə, komandada heç bir problem yoxdur. Sadəcə son 2 turda qalib gələ bilməmişdik. Sevindirici haldır ki, uğursuzluğun uzanmasına imkan vermədik”.
Təcrübəli müdafiəçi ilk 7 turu komandası üçün belə dəyərləndirib: “Komandamız keyfiyyətli futbolçulardan ibarətdir. Bəzi oyunlarda konsentrasiya baxımından əziyyət çəkirdik. Buna görə də xallar itirdik. Tam köklənəndə, hər şey istədiyimiz kimi olur. İnanıram ki, növbəti turlarda daha yaxşı edəcəyik”.
O, milli komandamızın qarşıdakı Fransa və Ukrayna ilə oyunlarından da söz açıb: “Millimizi 2 ağır oyun gözləyir. Komandaya uğurlar arzulayıram. Canla-başla millinin forması üçün mübarizə aparmaq lazımdır”.
“Araz-Naxçıvan”ın kapitanı milli komandamızın müvəqqəti Ayxan Abbasova tapşırılmasını müsbət dəyərləndirib: “Millidə azərbaycanlı baş məşqçinin olması yaxşıdır. O, atmosferi hiss eliyir, oyunçuları tanıyır”.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri