"Qarabağ” komandasının azarkeşlərini təbrik edirəm".
QOL.az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri Bakıda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan (ilk matçda 0:1) sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Ağdam təmsilçisinin qələbəyə layiq olduğunu söyləyib: "Nəticədə pley-off mərhələsinə vəsiqə qazandılar. Rəqib çox yaxşı oyun sərgilədi, biz isə xüsusən ilk hissədə zəif çıxış etdik".
O, məğlubiyyətin səbəbləri barədə də söz açıb: "İlk növbədə taktiki baxımdan rəqibə uduzduq. Ən böyük problemimiz isə erkən qollar buraxmağımız oldu. Ölkə çempionatımızla Çempionlar Liqasında oynamaq arasında böyük fərq var. Bugünkü oyunu analiz edəcəyik və önümüzə baxaraq Avropa Liqasındakı yolumuza davam edəcəyik".
Baş məşqçi bu hesabı gözləmədiyini vurğulayıb: "Əsas odur ki, bu nəticədən düzgün dərs çıxaraq növbəti oyunlara daha yaxşı hazırlaşaq".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi