Luka Modriç "Real"da yeni rekorda imza atıb.
QOL.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunun heyətində Çempionlar Liqasında ən çox oyuna çıxan futbolçu olub.
Onun rekordu 1/4 finalın "Arsenal"la cavab matçında (1:2) qeydə alınıb. Bu, 39 yaşlı futbolçunun "Real"ın formasında ÇL-də 134-cü matçı kimi tarixə düşüb. O, "Real"ın sabiq hücumçusu Kərim Benzemanı (133) geridə qoyub.
Qeyd edək ki, Luka Modriçin "Real"la hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir. Xorvatiyalı futbolçu bu mövsüm komandasının heyətində 46 matça çıxaraq 4 qol vurub və 7 qolun ötürməsini edib.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi