Medianın İnkişafı Agentliyinin layihəsi
Məlum olduğu kimi, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də isə Belarus milli komandaları ilə yoldaşlıq oyunları keçirdi. Yığmamız nəticələri ilə bizi yenə məyus etdi. Komandamız Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə uduzdu.
Bunlar ürəkaçan hesablar olmasa da, yığmanın budəfəki toplanışı bir müsbət məqamla diqqət çəkdi.
Baş məşqşi Fernandu Santuş üç gənc futbolçunu karyeralarında ilk dəfə Azərbaycan millisinə dəvət etdi. Bunlar "Qəbələ"nin üzvü Şahin Şahniyarov, "Sabah"dan Xəyal Əliyev və "Neftçi"dən Ağadadaş Salyanskidir. 1-ci liqa klubunun futbolçusunun - Şahin Şahniyarovun yığmaya çağırılması futbol ictimaiyyəti tərəfindən xüsusən maraqla qarşılandı.
Ağadadaş Salyanski millidə debüt etmək şansı qazanmasa da, Şahin Şahniyarov və Xəyal Əliyev meydana çıxdılar.
Bəs bu cür dəyişikliklər - milliyə gənclərin dəvət alması ölkə futboluna hansı faydaları verə bilər? Belə addımların davamı gəlməlidirmi?
Bugünkü mövzumuz ilə əlaqədar həmsöhbətimiz Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov oldu.
A.Mircavadov gənclərin milliyə çağırılmasının xoş hal olduğunu bildirsə də, yığmada yaş amilinin o qədər də önəmli rol oynamadığını söyləyib: "Gənclərin milliyə çağırılması yaxşı haldır. Amma bu gəncləri milli üçün hazırlamaq lazımdır. Onlar millinin ab-havasına, oyununa hazır olmalıdırlar. Ümumiyyətlə, millinin oyun kriteriyasına cavab verən nə qədər güclü futbolçu varsa, yaşından asılı olmayaraq, komandaya dəvət almalıdır. Bu, Avropada da belədir, Cənubi Amerikada da. Ona görə də ölkənin komandasına milli deyirlər. Ən güclülər bu komandaya çağırılmalıdır. Gənclərin milliyə dəvət olunması vacib amillərdən biridir. Amma bir iş var ki, həmin o gənclər milliyə hazır vəziyyətdə gəlməlidirlər. Yəni, öz klublarında daim oynasınlar, inkişaf etsinlər. Ümumiyyətlə, futbolçu öz klubunda inkişaf edir. Məşq sadəcə oyuna hazırlıqdır. Millidə forma geyinmək isə pik nöqtədir. Qaydalar, qanunlar var. Əgər mən gəncləri milliyə çağırıram, amma oynatmıramsa, nə mənası var? Azərbaycanda belədir ki, gənclər yığmaya dəvət alanda elə bilirlər ki, artıq hazırdırlar, ona görə çağırılırlar. Bu barədə bizim millinin baş məşqçisi işləmiş Robert Prosineçki ilə də söhbətimiz olub. Bilirsiniz, gənclər başa düşməlidirlər ki, çox çalışmalıdırlar".
Ağasəlim Mircavadov
Mütəxəssis Azərbaycan millisinə 1-ci liqadan ilk dəfə futbolçu çağırılmasına toxunub. O, 1-ci liqa klublarının infrastruktur baxımından çətin vəziyyətdə olduqlarını xatırladıb: "1-ci liqanın oyunlarına çox baxmışam. Oradakı klubların şəraiti ağırdır. Oynadıqları stadionlar pis vəziyyətdədir. Stadionların əksəriyyətinin ot örtüyü sünidir və bərbad haldadır. Biz futbolda işə 1-ci, 2-ci liqadan başlamalıyıq. Buradakı vəziyyəti Premyer Liqa səviyyəsinə yaxınlaşdırmaq lazımdır. Baş məşqçi Şahin Şahniyarovun oyununda müsbət nəsə görüb ki, milliyə çağırıb. Amma inkişaf etməlidir".
O, Şahin Şahniyarov və Xəyal Əliyevin debütünü belə dəyərləndirib: "Şahin Şahniyarov və Xəyal Əliyev meydana çıxdılar. Lakin bilmirik ki, növbəti matçlarda oynayacaqlar, ya yox. Müəyyən suallar var ki, onlara cavab tapmaq lazımdır. Gənc futbolçular çox çalışmalıdırlar. Xəyalın da, Şahinin də istəyi var idi. Amma istək onsuz da olmalıdır. Çünki bu, sənin peşəndir. Azərbaycanda qəribə haldır ki, deyirlər, futbolçular istəklə oynayırdı. Futbolçuda onsuz da qələbə istəyi olmalıdır də. Yoxdursa, onda futbol oynama. Mən Xəyalı hələ U-21 millisindən tanıyıram. Biz onlarla tez-tez oyunlara gedirdik. Yəni, oynadığı görünürdü. Amma matçda nəsə edəcək, açılacaq demək... O, hələ öz klubunda açılmalıdır. Çox işləməlidir. Gör neçə oyundur uduzuruq. Hamımız pərişanıq. Lakin məsələ budur ki, biz indi qələbə sözünü itirmişik. Onu geri qaytarmaq lazımdır. Ona görə də futbolçunun şəxsiyyət vəsiqəsinə yox, oyununa baxmalısan".
A.Mircavadov baş məşqçi Fernandu Santuşun Ağadadaş Salyanskiyə oyun şansı verməməsindən də danışıb. O, 20 yaşlı hücumçunun hələ öz üzərində çox çalışmalı olduğunu deyib: "Ağadadaşın meydana niyə çıxmadığını mən deyə bilmərəm. bunu baş məşqçi bilir. Ağadadaş "Neftçi"də oyun şansı alır. Bir iş də var ki, bizdə son illərdə belə hündürboylu bir mərkəz hücumçusunun olmağı yadıma gəlmir. Mən Ağadadaşın U-21-dəki oyununu da görmüşəm. Mübarizə aparır, qol vurmaq istəyir. "Neftçi"nin əvəzedici heyətində çoxlu qollar vurdu. Yəni, onun qol vurmaq qabiliyyəti var. Sadəcə açmaq lazımdır. Bunu da klub etməlidir. Hal-hazırda Ağadadaş çox çalışmalıdır. Yığmaya hazır vəziyyətdə gəlmək istəyirsə, "Neftçi"də qollar vurmalıdır. Hər bir mövqedə oynayan futbolçunun öz vəzifəsi var. Ağdadaşın da vəzifəsi qol vurmaqdır".
Əməkdar məşqçi sonda vurğulayıb ki, milliyə çağırılan futbolçuların yaşı yox, oyun səviyyəsi önəmlidir: "Yığma üçün gəncləşdirmə siyasəti deyə bir şey yoxdur. Mən heç bir ölkədə bu sahədə işləyən məşqçi görməmişəm. Bu yaxınlarda İngiltərə - Albaniya oyununa baxdım. Tomas Tuhel 35 yaşlı Cordan Hendersonu meydana çıxardı. Məşqçinin ona ehtiyacı var idi ki, meydana buraxdı də. Ehtiyacı olmasaydı, buraxmazdı. İngiltərədə o qədər futbolçu var ki... Məsələ budur ki, qabiliyyəti var, oynayır. Ona görə də milli komanda deyəndə gəncləşmə mövzusundan danışmamalıyıq".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır
“Çıxış yolumuz yoxdur, sona qədər vuruşacağıq” - Müsahibə
FİFA-dan sürpriz: Dünya çempionatı üçün pley-off ehtimalı
"Fənərbaxça" - "Qalatasaray" oyununun baş hakimi məlum oldu
AFFA rəhbərliyi də səsvermədə iştirak edəcək
İngiltərə kubokunda rekorda imza atdılar
Lukakunun "400"ü
Ronaldo müsəlmanları təbrik etdi
Son 7 mövsümdə ilk
Misli Premyer Liqasında 2025-ci ilin rekordu
“Bir neçə azərbaycanlı futbolçu Türkiyəyə yollanacaq”
Azərbaycan futbolu tarixində 400-cü dəfə
Ağır zədə aldı, stadionu əsa ilə tərk etdi - Video
"Arsenal" da Qyökereş üçün mübarizəyə qoşulur
"Milan"a Neapolda vurulan qollar - Video
Klopp "Real"ın baş məşqçisi ola bilər
“Milan” “Napoli”yə uduzdu, “İnter” qələbə qazandı
Emil oynadı, komandası darmadağın oldu
"Barselona"dan böyükhesablı qələbə
İngiltərə Liqa kubokunun son yarımfinalçıları bilindi
"Zirə"nin 3 qollu qələbəsindən - Video
"Birinci hissə ağır keçdi" - Rəşad Sadıqov
"Çempionatın ən sərt komandasına qarşı oynadıq"
Azər Bağırov: "Yerli oyunçu sarıdan problemlərimiz var"
"Kəpəz" - "Səbail" matçında qalib bəlli olmadı - Video
Emreli Almaniyada növbəti oyuna çıxdı
Renat assist etdi, komandası qalib gəldi
"Zirə" - "Şamaxı": Heyətlər
Peres futbolçularının hərəsinə 900 min avro mükafat verib
"Onun yoxluğunun bizə ziyanı olacaq" - Azər Salahlı