Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Haiti (22 mart) və Belarusla (25 mart) keçiriləcək yoxlama oyunları üçün millinin heyətini açıqlayıb.
QOL.az heyətdə 25 futbolçu var. Onlardan 4-ü isə ilk dəfə olaraq əsas milli komandaya dəvət alır ki, bu futbolçulardan da 3-ü 20-21 yaşlıdır.
Söhbət Şahin Şahniyarov, Xəyal Əliyev və Ağadadaş Salyanskidən gedir.

Şahin Şahniyarov
Şahin Şahniyarov 1-ci liqa təmsilçisi “Qəbələ”nin oyunçusu və yetirməsidir. 20 yaşlı futbolçu yarımmüdafiənin mərkəzində çıxış edir. O, daha əvvəl aşağı yaş qrupları üzrə milli komandalara dəvət alıb. İndi ilk dəfə əsas millidə oynamaq imkanı qazanıb.
Diqqət çəkən əsas məqamlardan biri də Azərbaycan millisinin baş məşqşinin ilk dəfə birinci liqadan əsas milliyə oyunçu dəvət etməsidir. Fernandu Santuş bununla bağlı suala cavab olaraq bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib:

"Onda (Şahin Şahniyarov - red.) çoxlu keyfiyyət gördüm. Mən və mənim koməkçilərim tez-tez aşağı liqalardakı oyunları izləyirik. Orada bir çox oyunçular diqqətimizi cəlb edir. U-17 Liqasını və əvəzedicilərin çempionatını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməlidirlər. Yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Özlərini göstərəndə milliyə dəvət alacaqlar".

Ağadadaş Salyanski
"Neftçi”nin 21 yaşı bu ilin iyununda tamam olacaq hücumçusu Ağadadaş Salyanski də karyerasında ilk dəfə əsas milli komandaya dəvət edilib. Salyanski “Neftçi”nin yetirməsidir. O, bu mövsüm əsas komandada daha çox oynamaq imkanı əldə edib. Mərkəz hücumçusu 2024/25 mövsümündə “Neftçi” ilə bütün turnirlərdə 14 oyunda meydana çıxıb. Salyanski bu matçlarda 3 qol vurub və 1 qolun ötürməsini verib. Perspektivli futbolçu Azərbaycanın U-21 və U-19 millilərində oynayıb. U-21 millisində 2 qol vurmağı da bacarıb.
Xəyal Əliyev
İlk dəfə milliyə dəvət alan daha bir gənc futbolçu isə Xəyal Əliyevdir. Onun 21 yaşı var. “Sabah” klubunun sol vingeri bu mövsüm Premyer Liqada yetərincə oyun imkanı qazanıb və özünü tanıda bilib. Bu mövsüm klubu ilə bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini edib. Daha əvvəl U-19 və U-21 millilərinə də cəlb edilmiş Əliyev uğurlu oyunu ilə Fernandu Santuşdan dəvət almağı bacarıb.
Rəhman Daşdəmirov
25 nəfərlik siyahıda daha bir yeni oyunçu var. O, adları çəkilən üç futbolçu ilə müqayisədə nisbətən yaşlı sayılır. Söhbət “Sabah”ın 25 yaşlı mərkəz müdafiəçisi Rəhman Daşdəmirovdan gedir. O, bu mövsüm “Sabah”la bütün turnirlərdə 14 oyunda meydana çıxıb.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu