Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 193 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi Əhliman Hüseynov oldu.
O, özü haqda məlumat verərkən 26 ildir 193 nömrəli məktəbdə çalışdığını bildirib: "Mən 1958-ci ildə Zəngilan rayonunda anadan olmuşam. 1974-cü ildə orta məktəbi bitirmişəm və 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İntitutuna daxil olmuşam. 1980-ci ildə ali təhsilimi başa vurmuşam. Daha sonra təyinatla Zəngilan rayonuna göndərilmişəm. 1993-cü ildə məcburi köçkün olaraq Sumqayıt şəhərinə gəlmişəm. Burada Zəngilan rayon 15 nömrəli orta məktəbdə fiziki tərbiyə müəllimi kimi işləməyə başlamışam. Orada işləyə-işləyə 1999-cu ildə Nəriman Nərimanov rayonundakı 193 nömrəli orta məktəbə müəllim təyin olunmuşam. Həmin dövrdən indiyədək bu məktəbdə fəaliyyət göstərirəm. Məktəbimizdə idmana xüsusi diqqət yetirilir. Biz də idman müəllimi olaraq həm öz gücümüzdən, həm də kollektivin gücündən istifadə edərək həmişə məktəbdə idman əhval-ruhiyyəsinin yüksək olması, sağlam uşaqların böyüdülməsi, çalışqan vətəndaşların, uzunömürlü insanların formalaşması üçün əlimizdən gələni edirik".
Ə.Hüseynov idmanın səviyyəsinin daha da yüksəlməsi üçün fiziki tərbiyə dəslərinin daha sıx-sıx keçirmək lazım gəldiyini deyib: "Fiziki tərbiyə dərslərinin yüksək səviyyədə tədris olunması üçün ilk növbədə avadanlıq, infrastruktur, resurslar lazımdır. İkinci yerdə isə müəllimin bacarığıdır. Müəllim öz bacarığı ilə həmin şəraitdən istifadə edərək verilmiş mövzuları şagirdlərə çatdırmalıdır. Məncə, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yetişdirdiyi hazırlıqlı gənclər sayəsində fiziki tərbiyə dərsləri daha yüksək səviyyədə tədris olunur. Şagirdlər arasında idmanın səviyyəsini yüksəltmək üçün isə fiziki tərbiyə dərslərinin sıxlığının artırılmağı vacib şərtdir. Bu, bütün şagirdlərin dərslərdə bərabər səviyyədə işləməsinə, fəaliyyət göstərməsinə şərait yaradır. Əgər şagirdlərin hamısı hərəkətləri eyni maraqla yerinə yetirərsə, dərsləri öyrənərsə, dərsin keyfiyyəti artar. Uşaqları idmana cəlb etmək üçün qabaqcıl şagirdlərdən yararlanmaq lazımdır. Əvvəlcə onlara idman həəkətlərini icra etdirməli, başa salmalıyıq. Bu vəziyyət bütün şagirdlərin diqqətinə səbəb olur. Şagirdlər inam qazanırlar ki, onlar da bu hərəkəti yerinə yetirə bilərlər və işə başlayırlar. Fikrimcə, bu gün idmanın səviyyəsinin yüksəldilməsi üçün heç bir maneə yoxdur. Məktəblərimizdə fiziki tərbiyə dərsləri layiqincə təşkil olunur".
Həmsöhbətimiz fiziki tərbiyə müəllimi olmağın çətinliklərindən söz açıb: "Fiziki tərbiyə müəllimi olmağın çətinliyi budur ki, fiziki tərbiyə dərsləri açıq havada və ya zal şəraitində, şagirdlərin dağınıq, oyun üslubunda çalışdığı halda keçirilir. Müəllim hər bir şagirdi nəzarətdə saxlaya bilmək üçün daha çalışqan, gözüaçıq olmalıdır. Əgər müəllim şagirdlərin səhvlərini görürsə, onları uşaqlara izah edirsə, heç bir çətinlik yaranmayacaq, şagirdlərin müəllimə inamı çoxalacaq. Bu inam şagirdlərlə müəllim arasında gözəl bir körpü yaradır".
Fiziki tərbiyə müəllimi məktəblərdəki idman zallarının və meydançaların durumu haqda da fikirlərini bölüşüb: "193-cü nömrəli məktəbdə idman zalının uzunluğu 27 metr, eni 13 metrdir. Meydança isə müəyyən qədər yığcamdır. 60 metrlik qaçış məsafələri var. Ətraf məktəblərdə də olmuşam, yarışlarda, iclaslarda iştirak etmişik. Həmin məktəblərdə də infrastruktur normal səviyyədədir. Ümumilikdə məktəblərdə idman meydançalarının durumu yaxşıdır. Normal şərait var. Hər bir müəllim də öz üzərinə düşən vəzifəni başa düşərək, mövcud şəraitdən yararlanaraq sağlam vətəndaşlar yetişdirməyə çalışmalıdır".
Ə.Hüseynov sonda şagirdlərinin idman yarışlarında uğur qazanmaq üçün həvəslə çalışdığını söyləyib: "Məktəblərdə əsasən, idman oyunlarına maraq daha çoxdur. Oğlanlar futbola, voleybola, basketbola maraq göstərirlər. Şagirdlər atletika yarışlarına da həvəslə yanaşırlar. Mən dərs tədris edərkən görmüşəm ki, şagirdlər yüksək nəticələr qazanmaq üçün səylə çalışırlar. Uşaqları pis vərdişlərdən qorumaq üçün dərsdən sonrakı vaxtlarda onları müxtəlif məşğələlərə, idman bölmələrinə cəlb etmək lazımdır. Bu, həm həm də uşaqların daha sağlam, bacarıqlı şəkildə formalaşmasına yol açar. Uşaqların asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaq vacib şərtdir. Uşaqları idmana cəlb etmək bizim borcumuzdur. Şagirdlər harmonik, bərabərsəviyyəli inkişafla həm daxilən, həm də xaricən gözəlliyə sahib olurlar".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər