Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Adını Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazdıran şəxslərdən biri Əbülfəz Əliyevdir.
Əbülfəz Əliyev 28 fevral 1949-cu ildə Ağdam şəhərində anadan olub. O, Qarabağda sambo idman məktəbinin banisi hesab edilir. SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyev məktəbli vaxtlarından idmanla məşğul olub. O, 1968-ildə məhz elə bu səbəbdən hərbi xidməti Moskvada daxili qoşunların tərkibində keçib.

Ə.Əliyev hələ o vaxt - 19 yaşında olarkən həbsxanadan qaçmağa çalışan şəxsi sambo fəndləri ilə zərərsizləşdirmiş və SSRİ Ali Sovetinin fərmani ilə "Rəşadətə görə" medalı ilə təltif olunmuşdu. Ə.Əliyev sambo idman növü üzrə ilk uğurunu da Moskvada qazanıb. O, hərbçilərin əlbəyaxa döyüş idman oyunları ilə bağlı keçirilən çempionatında 1-ci yer tutub, daha sonra həmin şəhərdəki "Dinamo" idman cəmiyyətində məşqçi işləməyə başlayıb.
Vətəni və ailəsi üçün darıxdığına görə doğma yurdu Ağdama qayıdan Əbülfəz Əliyev 1974-1975-illərdə Ağdam təhsil şöbəsinin nəzdində Uşaq Gənclər İdman Mərkəzinidə müəllim kimi fəaliyyətə başlayıb.
Onun Ağdamda yaratdığı sambo bir çox məşhur samboçular yetişib. Ceyhun Məmmədov, Vaqif Bayramov, Yaqub Həsənov, Fərhad Ocaqverdiyev, Rafiq İsmayılov, Nazim Səfərov, Mübariz İbrahimov, Səhliman Ağayev, Bəxtiyar Hacıyev Əbülfəz Əliyevin yetirməsi olublar. Ceyhun Məmmədov SSRİ miqyasında 13, Avropa miqyasında 6, dünya miqyasında isə 9 dəfə çempion olmağı bacarır.
Ə.Əliyev eyni zamanda 1993-2004-cü illərdə Azərbaycan sambo millisinə baş məşqçilik edib. Azərbaycan idmanının bu vacib şəxsiyyəti 2004-ci il yanvar ayının 12-də vəfat edib.
Bu gün isə Əbülfəz Əliyevin anadan olmasında 76 il ötür.
Bugünkü həmsöhbətimiz Mübariz İbrahimov Əbülfəz Əliyevin tələbəsi olub, onunla birlikdə məşqçi kimi fəaliyyət göstərib. O, Əbülfəz Əliyev adına Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun təsisçisi və direktorudur.
M.İbrahimov əvvəlcə Əbülfəz Əliyevlə xatirələrini bölüşüb: "Mən uşaq olarkən Əbülfəz müəllimin bacısı oğlu Lətif müəllimin yanında məşqlər keçirdim. O, təhsili üçün Rusiyaya gedərkən mənə dedi ki, get, Əbülfəz müəllimin yanına, sambo ilə məşğul ol. Əbülfəz Əliyevi əvvəllər tanısam da, rəhbərliyi altında məşq edərkən onun kim olduğunu anladım. Həmin dövrdə mənim Respublika səviyyəsində yarışlarım başladı. Əbülfəz müəllimlə daim ezamiyyətlərdə, SSRİ miqyaslı yarışlarda iştirak etmişik. O, həqiqətən də maraqlı insan idi. Əbülfəz müəllim yolda gedərkən uşaqlarla onun yeriməyinə baxıb heyran olurduq. Biz də özümüzü ona bənzədirdik. İstəyirdik ki, onun kimi olaq. Müəlliminə bənzəmək hər bir tələbənin arzusudur. Zaman yetişdi, 1982-ci ildə hərbi xidmət yollandım. 1984-cü ildə xidməti bitirib Ağdama gələndə gördüm ki, Ağdamda Əbülfəz müəllimin sayəsində sambo üzrə ixtisaslaşdırılmış sambo məktəbi yaradılıb. Həmin məktəb də SSRİ-dəki 5 məktəbdən 1-i idi. Əbülfəz müəllimin tələbəsi Fərhad Ocaqverdiyev məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu. Hərbi xidmətdən gələndən 1 həftə sonra məni Ağdamdakı sambo məktəbində işlə təmin etdilər. Məşqçi kimi fəaliyyətə başladım. Həm də bir idmançı kimi rayonumuzu təmsil edirdim. Respublika çempionatlarında, SSRİ miqyaslı yarışlarda iştirak etdim. Əbülfəz müəllimlə təlim-məşq toplanışlarına, yarışlara qatılırdıq. 12 ayın 9-nu birlikdə keçirirdik. Hətta ailəmdən çox onun yanında olurdum. Əbülfəz müəllim çox dərin düşüncəli insan idi. Emosional, haqsızlığa çox tez reaksiya verən idi".

Mübariz İbrahimov
O, həm idmanda, həm də şəxsi həyatda Əbülfəz Əliyevi özünə örnək aldığını deyib: "İdmanda qazandığım bütün nailiyyətləri, həyatda ayaq üstə durmağı Əbülfəz müəllimdən öyrənmişəm. Onun atdığı addımları biz də təkrarlamaq istəmişik. Əbülfəz müəllim yalnız Azərbaycanda yox, bütün SSRİ-də böyük iz qoyan şəxsiyyət olub. SSRİ-nin əməkdar məşqçisi adına layiq görülən beş-altı azərbaycanlıdan biri də o idi. O, həm məşqçi, həm də hakim kimi böyük hörmət qazanmışdı. Əbülfəz müəllim 1993-cü ildən rəhmətə getdiyi günədək Azərbaycan sambo millisinin baş məşqçisi olub.
Onun dövründə millimiz dünyanın ən öndə gedən komandalarından idi. O, həmişə bir məşqçi kimi nümunə idi. Bu, danılmazdır. Çox gənc olmağına baxmayaraq, dərin düşüncəli insan idi. Onun haqda saatlarla, aylarla, illərlə danışmaq olar".
M.İbrahimov qeyd edib ki, Əbülfəz Əliyevin adının onun doğma yurdu Ağdamda bir idman məktəbinə verilməsi üçün müraciət edəcəklər: "Təsisçisi və direktoru olduğum Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubu hal-hazırda Əbülfəz Əliyevin adını daşıyır. Biz çox müzakirələr aparırıq. İstəyirik ki, müraciət edək, Əbülfəz müəllimin adı idman məktəbinə və məktəbin yerləşdiyi küçəyə verilsin. Çünki onun əziyyəti danılmazdır. İstərdik ki, belə bir insanın adını uca tutaq və onu daim yaşadaq”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər