“Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransı keçirib.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, o, hakimlərdən narazılıq edib:
- "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördünüz. İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəniz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur.
- Özünüz nə deyirsiniz bəs?
- Gördüyüm var. İndi açıqlasam, ya cəza alacağam, ya da intriqaya səbəb olacağam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiniz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli...Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq.
- Hakimlikdən narazısınız?
- Təhlili özünüz edin. Mən dediyimi dedim. Son 10 dəqiqəyə nəzər yetirin. Meydanda hansı qərarlar verildi. Özünüz də görəcəksiniz, bizim penalti yüz faiz idi, vermədilər. Hakimlər haqda danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq.
- Aydındır ki, hakimlikdən narazısınız. 80-ci dəqiqəyə qədər olan futbolunuzu analiz etsək?..
- Qol epizodları "Sumqayıt"da daha çox oldu. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar "Sumqayıt"ın xeyrinə idi.
- Hava şəraiti oyununuza təsir etdi?
- Hər iki komanda üçün eyni şərait idi. Planlarımızı heç nə pozmadı. Hazır idik. Bugünkü oyun onu göstərdi ki, hər cəhətdən komandam üstün idi.
- Bundan əvvəlki oyunları götürsək, belə görürük ki, sizin rəhbərliyiniz altında komanda ilk hissədə daha yaxşı çıxış edir. İkinci hissədə isə eniş var. Belədir?
- Razıyam. Digər oyunlarda elədir. Amma sonradan meydana buraxdığımız oyunçular hazır gəlməyib. Bəzilərində 1-2 ay keçib. Amma birdən-birə onları yükləsək, yenidən zədələnəcəklər. Ronaldo, Momo Yansane də həmçinin. Bu yöndə çalışırıq. Bugünkü oyunda 90 dəqiqə ərzində pressinq etdik, qol imkanlarımız oldu. Bəzi səbəblərə görə uduzduq. Futboldur. Növbəti matça hazırlaşmaqlıyıq.
- 9 oyundur qol vurmursunuz. Ötən dəfə cadu məsələsini dediniz. Bəs, göstərdiyiniz oyunla heç əlaqəsi yoxdur qol vurmamağın?
- Cadu? Bunu dilə gətirməmişəm. Bilirik ki, bu ifadə yarızarafat, yarı emosiya ilə deyilib. Qol vura bilmiriksə, problem var. VAR-da olan hakimlər bəzi epizodlaru görmürsə... Komandamdan razıyam. Ruhdan düşmürük. Çempionat gərgin keçir. İnanıram ki, vəziyyətdən çıxacağıq.
- Kubok matçınız da var. İndiki "Sumqayıt" "Sabah"ı keçə bilər?
- Birinci oyun göstərdi ki, biz keçə bilərik. Bu gün də yaxşı mübarizə apardıq. "Sabah"la birinci oyun imkan verir ki, mərhələ adlayaq. Hansı komanda uğurlu, istəkli olacaq, mərhələ adlayacaq, zaman göstərər. Kubokda qolla bağlı hər şey qaydasında olacaq.
- AFFA İcraiyyə Komitəsinin iclasından sonra dəqiqləşdi ki, sonuncu pilləni tutan komanda liqanı tərk edəcək. "Sumqayıt" addım-addım son pilləyə yuvarlanır. Hazırkı vəziyyət sizi narahat edir?
- Turnir cədvəlinə baxmısınız? Neçənci yerdəyik? Narahat etmir. "Səbail"in 17 xalı var. Sonuncu yerə düşmək başqa şeydir. İntriqa yaratmayaq. Riskli zonadayıq. Amma bu məğlubiyyətə görə sonda deyilik. Bizim 22 xalımız var. "Şamaxı" da bizi udub keçə bilər. Bizi düşündürən məsələ hər oyundan-oyuna artırmağımız, qol vurmağımızdır. Çalışacağıq ki, nəticə əldə edək.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil