Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi İradə Abduləzimova oldu.
Azərbaycanın əməkdar məşqçisi, “Tərəqqi” medalı ilə təltif olunan İ.Abduləzimova söhbətə özü haqda geniş məlumat verməklə başladı: “Mən 1965-ci ildə Bakıda anadan olmuşam. 1972-ci ildən Bakıdakı 214 nömrəli orta məktəbdə təhsil almağa başlamışam. Həmin ildən idman gimnastikası ilə məşğul olmuşam. 5-ci sinifdən isə akrobatika gimnastikası növünə keçmişəm. Bu dövrdə şəhərdaxili yarışlara, Respublika çempionatlarına, beynəlxalq turnirlərə qatılmışam. 1982-ci ildən SSRİ-nin İdman Ustası adına layiq görülmüşəm. 1983-cü ildən Nizami rayonunda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsində çalışmışam. 1997-ci ildən isə eyni məktəbdə baş təlimatçı kimi fəaliyyət göstərirəm. Yetirmələrim Respublika, Avropa miqyaslı bir sıra turnir və beynəlxalq yarışda çıxış ediblər və yaxşı nəticələr qazanıblar. 2009-cu ildə Azərbaycanın əməkdar məşqçisi adına layiq görülmüşəm”.

O, vurğulayıb ki, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində 861 nəfər idmanla məşğul olur: “Məktəbimizdə 7 idman növü üzrə bölmələr fəaliyyət göstərir. Bunlar akrobatika gimnastikası, boks, cüdo, qılıncoynatma, tennis, stolüstü tennis, badminton növləridir. Məktəbimizdə hazırda 861 nəfər idmanla məşğul olur”.
İ.Abduləzimova uşaqların böyük qisminin məktəbə fiziki baxımdan hazırlıqlı şəkildə gəldiyini deyib: “Qeyd etmək istəyirəm ki, məktəbimizə əsasən, məktəblilər idmana yazılırlar. Uşaqların fiziki hazırlıqları məktəbə qəbul ediləndə bilinir. Məktəblərin əksəriyyətində fiziki tərbiyə dərsləri keçirildiyi üçün uşaqların çoxu hazırlıqlı şəkildə gəlirlər. Amma fiziki baxımdan zəif uşaqlar da olur”.
Həmsöhbətimiz məktəblərdəki infrastrukturun yaxşı səviyyədə olduğunu bildirib: “Sevindirici haldır ki, məktəblərin çoxunda zallar, meydançalar müasirləşib. Xüsusilə özəl məktəblərdə infrastruktur yüksək səviyyədədir”.
Məşqçi-müəllim çalışdığı məktəbdəki uşaqların və gənclərin uğurlarından söz açıb: “İdmançılarımızın arasında müxtəlif növlər üzrə istedadlı uşaqlar və gənclər var. Onlar Bakı, Respublika çempionatlarında və beynəlxalq yarışlarda iştirak edərək yaxşı nətəcələr əldə edirlər. Əsasən, cüdo, boks, stolüstü tennisdə belə uşaqlara rast gəlirik. Cüdoçularımız Avropa və dünya miqyaslı yarışlarda yüksək nəticələr əldə ediblər”.
İ.Abduləzimova gimnastika ilə məşğul olmağın müsbət cəhətlərindən də danışıb: “İdman gimnastikadan başlayır. Uşaqlar əvvəlcə gimnastika ilə məşğul olsunlar. Bütün idman növlərinin kökü gimnastikadır. İdman həm də insanı pis vərdişlərdən uzaqlaşdırır. İdman sağlam həyata çağırışdır”.
“Akrobatika gimnastikası ilə həm oğlanlar, həm də qızlar məşgul olurlar. Onu da qeyd etmək istəyirəm ki, bölməmizdəki uşaqların 30 faizi oğlan, 70 faizi qızdır. Biz 5 yaşlı uşaqları da qəbul edirik. Bu idman növü bədənin formalaşmağı, elastik və güclü olmağı üçün vacibdir. Gimnastika bütün idman növləri üçün tramplindir”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

DÇ-2026: Günün oyunları
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu