Çempionlar Liqasının 1/8 final mərhələsində iştirakına zəmanət verən ikinci klub bəlli olub.
QOL.az xəbər verir ki, bu, 7-ci turun oyunlarından sonra müəyyənləşib.
Ötən gecə Lissabonda “Benfika” üzərində əzmkar qələbə qazanana (5:4) "Barselona" 7 turdan sonra 18 xalla 1/8 finalı təmin edib. Hazırda 2-ci pillədə olan Kataloniya klubu son turun nəticəsindən asılı olmayaraq növbəti mərhələ şansı verən 8-liyi tərk etməyəcək.
21 xalla lider olan "Liverpul" isə daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsindəki yerini təmin edib.
Bundan başqa, "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Arsenal" (İngiltərə), "Bayer" (Almaniya), "İnter" (İtaliya), "Aston Villa" (İngiltərə), "Brest", "Monako" və "Lill"in (Hər üçü Fransa) pley-off mərhələsində oynayacağı dəqiqləşib.
"Yanq Boys" (İsveçrə), "Slovan" (Slovakiya), "Leyptsiq" (Almaniya), "Zalsburq" (Avstriya), "Şturm" (Avstriya), "Srvena Zvezda" (Serbiya), "Jirona" (İspaniya), "Sparta" (Çexiya) və "Şaxtyor" (Ukrayna) isə turnirlə vidalaşacaq. Bu klubların pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı qalmayıb.
Xatırladaq ki, avrokuboklarda yeni formatda keçirilən Liqa mərhələsi bu mövsümdən başlayıb. ÇL-də 1-8-ci yeri tutanlar 1/8 finala yüksəlir, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.
Əlavə edək ki, Çempionlar Liqasında Liqa mərhələsinin son turunun oyunları yanvarın 31-də keçiriləcək.


Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə