"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev klubun mətbuat xidmətinə açıqlama verib.
QOL.az xəbər verir ki, mütəxəssis son vaxtlar mətbuatda legioner limitinin ləğv olunacağı ilə bağlı olan xəbərlərə münasibətini bildirib:
"Ciddi məsələdir. Bununla çox rastlaşmışam. Əgər limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır. Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf mərhələsi dəqiq bilmirəm, plan hansı istiqamətdədir. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsadüfi yox, mərhələli şəkildə işin aparılmasıdır. Ani şəkildə məsələni qaldırıb qərar vermək olmaz. Əgər bu plan futbolun mərhələli şəkildə inkişafı üçün nəzərdə tutulubsa, bu başqa məsələdir. Əgər bu məsələ təsadüfi şəkildə yaranıbsa, onda nəsə demək çətindir".
O, bunun Azərbaycan klublarının akademiyalarına və gənc futbolçulara təsir edəcəyini qeyd edib: "Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır. Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır.
Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz ki, bir çox azərbaycanlı bundan sonra harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin sualdır. Amma mən birmənalı olaraq buna qarşıyam".
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video