Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 26 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Nurlan Qurbanov oldu.
- Nurlan bəy, zəhmət olmasa, əvvəlcə oxucularımıza özünüz haqda geniş məlumat verin.
- Mən Bakı şəhər İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Nurlan Qurbanovam. Uşaqlıqdan idmana olan marağıma görə daim idmanla məşğul olmuşam. Eyni zamanda müəllimlik peşəsini çox sevdiyim üçün fiziki tərbiyə müəllimi olmaq qərarına gəldim. Artıq 6 ildir ki, fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm. Amma hazırda çalışdığım 26 nömrəli tam orta məktəbdə bu il fəaliyyətə başlamışam. Bu məktəbə yeni təyin olunmağıma baxmayaraq, rəhbərlik və kollektiv tərəfindən mənə göstərilən xoş münasibət məni daha da həvəslə çalışmağa sövq etdi. Müəllim kimi fəaliyyət göstərdiyim müddət ərzində daim yenilikləri öyrənib özümü inkişaf etdirməyi özümə vəzifə bilmişəm. Bu da dərslərimdə yeni metodlardan istifadə etməyimə və şagirdlərimin fiziki cəhətdən inkişaf etməsinə səbəb olub. Eyni zamanda qeyd etmək istərdim ki, şagirdlərin inkişafı üçün atdığım bütün addımlarda məktəb rəhbərliyi tərəfindən aldığım dəstək məni daim motivasiya edir.
- Bir müəllim kimi hansı layihələrdə iştirak etmisiniz?
- Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmişəm. 2024-cü ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Yaradıcı müəllim” müsabiqəsində fərqləndiyimə görə təşəkkürnamə ilə təltif olunacağım mənə bildirilib. Bu cür müsabiqələrin təşkil edilməsi müəllimlərə həm motivasiya verir, həm də bizi yeniliklər etməyə sövq edir.
- Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?
- Fikrimcə, orta məktəblərdə fiziki tərbiyə dərsləri yüksək səviyyədə təşkil edilir. Bunun bariz nümunəsi şagirdlərin dərsə olan marağı və dünya səviyyəli idmançılarımızdır.
- Bəs, fiziki tərbiyə müəllimləri dərsləri hansı metodlarla aparırlar?
- Şagird olduğum dövrdə və ya müəllim kimi çalışdığım zaman ərzində bir çox müəllimlərin fərqli-fərqli dərs metodlarına şahid olmuşam. Təbii ki, onların hamısı təcrübəli müəllimlər olmayıb. Amma kifayət qədər təcrübəli müəllimlərimiz də var.
- Dərslərdə uşaqların diqqətini cəlb etmək üçün hansı addımlar atılır?
- Əlbəttə, burada Elm və Təhsil Nazirliyinin atdığı addımlar danılmazdır. Çünki aparılan islahatlar sayəsində təhsil sistemimiz daim inkişaf edir. Buna misal kimi şagirdlərin diqqətini dərsə cəlb etmək, onlara elmi bilik və bacarıqları aşılamaq üçün görülən işlərə ümumi orta məktəblərdə tədris materiallarının və avadanlıqlarının şagirdlərin daxili aləminə nüfuz edəcək şəkildə hazırlanmasını, müəllimlərin daha peşəkar fəaliyyət göstərmələri məqsədi ilə mütamadi təlimlərin keçirilməsini göstərmək olar.
- Digər bir mövzuya toxunaq. Orta məktəblərdə idman zallarının, meydançaların durumu qənaətbəxşdir?
- Bəli, məktəblərdə fiziki tərbiyə dərslərini təşkil etmək üçün yetəri qədər şərait var. Ən azından mən bununla bağlı əziyyət çəkməmişəm.
- Şagirdlərin qatıldıqları müsabiqələr haqda bizə məlumat verə bilərsinizmi?
- Təbii ki, bu, məktəblilərin yaş qruplarına görə dəyişir. Aşağı sinif şagirdləri üçün məktəbimizdə siniflərarası idman yarışları təşkil edirik. Bu il məktəbimizdə 5-ci siniflər arasında “İdman ayı”na həsr olunmuş “Şən startlar” idman yarışı keçirdik. Daha böyük siniflər isə məktəblərarası və bölgə yarışlarında iştirak ediblər. Bu il məktəbimiz 2 dəfə məktəblərarası voleybol yarışının ev sahibi olub. Həmçinin şagirdlərimiz dəfələrlə başqa orta məktəblərdə digər yarışlarda iştirak ediblər.
- Təxmin etmək olur ki, dərs keçdiyiniz şagirdlər arasında istedadlı uşaqlar çoxdur…
- Bəli, kifayət qədər istedadlı şəgirdlər mövcuddur. Oğlanların marağı ən çox futbol idman oyununadır. Amma döyüş idman növü ilə məşğul olan şagirdlər də çoxdur. Qızlar isə əsasən daha çox gimnasika ilə məşğul olurlar.
- Bəs sizcə, şagirdlərin idmana marağını daha da artırmaq üçün hansı addımlar atılmalıdır?
- Ölkəmiz bunun üçün kifayət qədər tədbirlər görüb. Artıq elə bir rayon yoxdur ki, orada Olimpiya kompleksi inşa edilməsin. Burada əsas vəzifə idmançıların və fiziki tərbiyə müəllimlərinin üstünə düşür. Onlar yaradılan şəraitdən istifadə edərək gənclərimizi daha da inkişaf etdirə bilərlər.
- Günümüzdə digər bir məsələ uşaqları pis vərdişlərdən yayındırmaqdır. Bunun üçün hansı layihələri həyata keçirmək olar?
- Uşaqları pis vərdişdən uzaqlaşdırmaq üçün hər şeydən öncə böyüklər nümunəvi həyat yaşamalıdırlar. Uşaqlar daha çox dinlədiklərinə deyil, gördüklərinə əməl edirlər. Bununla yanaşı daim qabaqlayıcı tədbirlər təşkil edib uşaqları pis vərdişlərdən çəkindirmək və maarifləndirmək lazımdır. Şagirdləri təhsilə və idmana bağlamaq üçün əvvəlcə uşaqlarda buna sevgi oyatmaq lazımdır. Onlara sağlam həyatın faydaları haqqında daima təbliğat aparılmalı və bunun üçün dəstəkləyici mühit yaradılmalıdır.
- Şagirdlərinizə necə motivasiya verirsiniz?
- Nə qədər yorğun olsam belə, bunu şagirdlərimə əsla hiss etdirmirəm. Onlarla bərabər idman edib, oynayıram. Hər zaman fərdi söhbətlər aparıb dərsə maraqlarını artırmağa çalışıram. Onların bir kənarda oturub passiv qalmaqlarına əsla icazə vermirəm, müəyyən hərəkətləri yerinə yetirməyə qorxan şagirdləri cəsarətləndirib az da olsa, icra etdirirəm. Onlara hər şeyin zamanla qazanıldığını, öyrənildiyini aşılayıram.
- Nurlan bəy, dünya və ölkəmiz nə qədər müasirləşsə də, hələ də bəzi valideynlər idmanın qız üçün olmadığını düşünürlər. Bu halla rastlaşmısınızmı və belə məsələləri azaltmaq üçün nə edilməlidir?
- Bəli, mən özüm də bir dəfə belə bir hal ilə rastlaşmışam. Lakin apardığım söhbətlər nəticəsində şagirdin və valideynin fikrini dəyişə bildim. Artıq o şagird dərsdə ən fəal şagirdlər arasındadır. Buradan o valideylərə demək istəyirəm ki, idman bir uşağın sağlam inkişafı üçün ən vacib məsələlərdən biridir. Bəzi valideynlər uşaqlarını idmandan uzaq tutaraq onları qoruduqlarını düşünürlər. Amma onlara zərər verdiklərini anlamırlar. İdman insana sadəcə fiziki sağlamlıq vermir, eyni zamanda onda güclü psixoloji xarakter formalaşdırır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Amorim Maquayrı nümunə hesab edir
"Çelsi"nin gənc futbolçusu digər klubların hədəfində
"Barselona" futbolçularını qeydiyyatdan keçirə biləcək
Ronaldo böyük klubun sahibi olacağını bildirdi
"Sevilya" onun icarəsini dayandırır
Qvardiola: "Mən təslim olmayacağam"
"Barselona" və PSJ onunla əlaqəyə çıxdılar
"Renn"in yeni transferi bəlli oldu
Yamal növbəti il üçün məqsədlərindən danışdı
Putin təyyarə qəzasına görə üzr istədi - Xüsusi xəbər
"Liverpul"un futbolçusunun "Real" sevgisi
Ronaldo: "Heç vaxt məşqçi olmayacağam"
“Səbail”in də proqramı bilindi
"Sumqayıt"ın qış hazırlıq planı açıqlanıb
Azərbaycanda ilin ən yaxşı futbolçusu seçildi
"Napoli"yə "hə" dedi
Aviaqəzada həlak olan futbolçu Bakıda torpağa tapşırıldı
Çalhanoğlu təklifi niyə rədd edib?
“Araz-Naxçıvan”ın qış planında dəyişiklik
MEDİA qalib saytlar və qəzetlərin adlarını açıqladı
Ronaldo bir cümləsi ilə Avropa futbolunu təəccübləndirdi
"Bavariya" Harri Keyn üçün sərgi yaratdı - Şəkillər
"Real" Vinisiusla bağlı qərarını verdi
“İdman insana sadəcə fiziki sağlamlıq vermir”
"Çelsi"nin futbolçusu əməliyyat olundu
Arda Guler “Fənərbaxça”nın düşərgəsində - Şəkillər
“Vinisius “Qızıl top”u qazanmalı idi” - Ronaldo
Qvardiola “Mançester Siti”də 500-cü oyununa çıxır
Bundesliqa klubunda baş məşqçi istefası
“Traktor” yenə qələbə qazana bilmədi
Ronaldo sabiq komandası haqda: "Problem məşqçidə deyil"
"Yuventus" kapitanını satışa çıxardı
2024-cü ilin ən yaxşı baş məşqçisi seçildi
Vinisius ilin ən yaxşı futbolçusu oldu
"Real" və Peres "Globe Soccer" mükafatını qazandılar
Ronaldo Yaxın Şərqin ən yaxşısı seçildi
Mourinyo onu "Fənərbaxça"da görmək istəyir
Amorim: "Çox çətin vəziyyət olacaq"
"Barselona" üçün son fürsət
Renat Dadaşovun komandasında yeni baş məşqçi
De Yonq haqda yayılan xəbəri cəfəngiyyat adlandırdı
La Liqada ayın ən yaxşı futbolçusu seçildi
İlin rəmzi komandası açıqlandı
2024-cü ilin ən yaxşısı