"Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, o, qarşıdakı oyunlar və komandanın durumundan danışıb: "Qış fasiləsinə qədər son iki oyunumuz qalıb. Biri evdə olacaq, digərisi də səfərdə. İşimiz tam düzəlməsə də, ən azı əhval-ruhiyyəmizi bu iki oyunda maksimal nəticə götürərək düzəltmək istəyirik.
Qış fasiləsində yaxşı motivasiya ilə hazırlaşmaq üçün son iki matç vacibdir. Baxmayaraq ki, nəticələrimiz ürəkaçan deyil, hətta bərbaddır, amma bu, bizim işimizə qətiyyən mane olmur. Tam gücümüzlə işləyirik. Artığını etməyə çalışırıq, çünki bilirik ki, vəziyyətdən çıxmalıyıq. Bunu da ancaq çox çalışaraq edə bilərik. Həmişəki proqramımızla davam edirik".
Mütəxəssis qış transfer pəncərəsinə olan planlar haqda da söz açıb: "Gedən futbolçularımız da olacaq. Çalışacağıq ki, yeni oyunçular da gətirək. Bəyəndiyimiz və danışıqlar apardığımız futbolçular var. İnşallah ki, yaxşı nəticələnər və gətirmək istədiyimiz oyunçuları gətirə bilərik".
S. Abasov qış təlim-məşq toplanışında səfərə getməyəcəklərini qeyd edib: "İstirahətdən sonra öz bazamızda yığışacağıq. Heç bir səfərə getməyəcəyik. Meydançamız və şəraitimiz imkan verir ki, burada hazırlaşaq. Qışdan əvvəl və ya sonra gözləntilərimiz dəyişməyəcək. Məğlub olanda belə vəziyyətdən nəticə çıxarmağa çalışırıq. Bilirik ki, bu həftə uduzub, gələn həftə hər şey mütləq düzələcək deyə bir şey yoxdur. Düşdüyümüz vəziyyət elədir ki, çətinliklərlə çıxacağıq. Ümidlərimiz böyükdür".
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib