"Əlbəttə, qərardan apellyasiya şikayəti verəcəyik".
QOL.az xəbər verir ki, bunu “Report” agentliyinə açıqlamasında Azərbaycan I Liqasında çıxış edən Yevlaxın “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov VIII turda “Qəbələ” ilə baş tutan matçdan sonra AFFA İntizam Komitəsi tərəfindən cəzalanmasına münasibət bildirərkən deyib.
Mütəxəssis 2-si şərti olmaqla aldığı 5 oyunluq cəzanı ədalətsiz hesab edib:
“Bizi dayandırmaq üçün hər şeyə əl atırlar. Cəzalanmalı olmayan futbolçuları cəzalandırırlar. Söz tapıb deyə bilmirəm. Hakimlə bağlı heç bir tədbir görmədilər. Əvəzində cəzalarla bizi əzdilər və komandanın belini qırdılar”.
Baş məşqçi haqlarının yeyildiyini vurğulayıb:
“Əlbəttə, qərardan apellyasiya şikayəti verəcəyik. Çünki hər şeyin səbəbkarı baş hakim Tural Qurbanovdur. O qaldı kənarda, xal və turnir cədvəlində liderlik mövqeyini itirən biz olduq. Halbuki hakimə heç bir fiziki təzyiq olmamışdı. Oyun zamanı ikinci penalti epizodunda futbolçumuz yalvardı ki, penalti versin. Ancaq hakim onu sarı vərəqə ilə cəzalandırdı. Buna ad vermək mümkün deyil. Komandanı belə əzmək olmaz”.
AFFA İntizam Komitəsinin bugünkü qərarında qeyd olunur ki, Kənan Kərimov “Qəbələ” ilə görüşdən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Baş məşqçinin bu hərəkəti həmçinin klubun 400 manat cərimələnməsi ilə nəticələnib.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı