"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, futbolçularının potensialından danışmaq istəmir.
"İşimizin başlanğıc fazasındayıq. "Neftçi"nin baş məşqçisi, ya futbolçususansa, sənə bu cür oyunlarla qiymət verilir. Ona görə futbolçuların potensialını bir oyunla ölçmək istəmirəm. Çünki görəcək işlərimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan hədəflər isə "Neftçi"nin hədəfləridir. Əvvəlcədən demişdim ki, hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl komadada ruh düşkünlüyü önə çıxırdı. Bunu siz də görürdünüz və bilirdiniz. Bura gəldikdən sonra isə əmin edirəm ki, görünməyən və bilmədiyiniz problemlər daha çoxdur. Nəticəyə bağlamıram, amma xoş olan odur ki, futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdilər. Sağ olsunlar" - deyə o bildirib.
Mütəxəssis "Ramil Şeydayevin oyunu sizi qane edir?" sualına belə cavab verib: "Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsanız, cavab verməyəcəyəm. Çünki əsas komandadır. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Hansısa futbolçu və əsas da mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm".
S.Abasov komandasının oyuna istəkli çıxdığını bildirib: "Çox istəkli idik. Həm oyunda, həm oyundan əvvəl. Amma son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Qapımızda da çoxlu hücumlar gördük. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik və çalışırdıq. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bunu da mən sırf psixoloji durumla bağlayaram. Futbolçularım həmin anlarda rahat deyildilər. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. Birinci hissə Yuri Matiasın buraxdığı səhv və ilk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik. Oyunu öz xeyrimizə çevirməli idik. Əfsuslar olsun, oyunun qırılma nöqtəsi həmin qol oldu".
O, avrokuboklara getmək hədəflərindən danışıb: "Kubokda da şansımız var. Amma bu o demək deyil ki, çempionatı boşa verəcəyik. Son ana kimi vuruşacağıq. Dörd gündən sonra kubok matçımız var. Amma hər liqa oyununa bizi avrokuboklara daşıyacaq oyun kimi çıxacağıq. Açığı, bu gün hesab məni üzdü. Biz bunu kənara atıb, kubokdan yapışa bilmərik. Adımıza yaraşmaz. Kubokdan avrokuboklara yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Hər şey baş verə bilər. Sona qədər gedəcəyik".
Mütəxəssis qarşıdakı turda "Sumqayıt"la oyunda gözlənilən ab-havadan da söz açıb: "Ab-havanı "Neftçi" özü yaradır. "Neftçi" hansı səfərə gedirsə, azarkeş sayı birə-beş qalxır. Ab-hava da normal bir şeydir. Bu "Neftçi"nin adı ilə bağlıdır. İnanıram ki, bu ab-havaya yaxın atmosfer olacaq".
S. Abasov heyətlə bağlı fikirlərini də bildirib: "Nə etsən də, bu heyətdən nəsə formalaşdırmalısan. Bu heyət kimsə üçün xoş olmaya bilər. Amma biz bu 20 futbolçunun içindən heyət formalaşdırmalıyıq. Bura gələndə bilirdik kimlərlə, hansı futbol oynayacağıq. Bunlar getsin, digərləri gəlsin deyə bir şey yoxdur. Bu cür şeyləri göz qabağına almışdıq. Əsas odur ki, soyuqqanlı olmalıyıq. Özümüzü nəzərdə tuturam, azarkeşləri yox. Bilirəm ki, hamı üzülüb. Mənim sözlərim onlara dərman deyil. Amma biz özümüz vəziyyəti soyuqqanlı analiz etməliyik. Kimisə ataq, onu çıxaraq, bu belə oynadı, o elə oynadı, Yuri səhv etdi.. Belə olmayacaq. Bu heyətdən ən yaxşıları çıxarıb işimizə davam etməkdir".
O, komandasının sərt oynamasını və qırmızı vərəqə almasını istəmədiyini deyib: "Komandamız oyuna tam başqa ab-hava ilə çıxmışdı. Bilirdik ki, oyunun içində çətinliklər yaranacaq. Çünki "Qarabağ"a qarşı oynayırdıq. Oyun ərzində də hazırlığımızın yaxşı tərəflərini görməyə başlamışdıq. Sadəcə özümüzə inam yarandığı anda buraxdığımız qol təsir etdi. Fasilədə çalışırdım danışım futbolçularla. Amma ondan sonrakı qolları da mən səhvə bağlayıram. İstəməzdim ki, belə bir halda çirkin futbol oynayaq. Ən azından tapşırıqları, tempi qoruyub çıxara bilməkləri lazım idi ki, bu gün məğlub olsaq da, sabaha nəsə çıxaraq. Amma kiminsə ayağını qıraraq istəyini göstərəcəksə, yaxşı hal deyil. Hər bir futbolçu insandır. Həddindən artıq aqressivliyin fəsadları olur. Buna bir baş məşqçi kimi icazə verə bilmərəm".
Mütəxəssis qışda planlaşdırılan transferlərdən danışıb: "Öz aramızda danışırıq. Hansı tip futbolçu istədiyimizi götür-qoy edirik. Elə mövqelər var ki, liqamızda həmin mövqeyə o cür futbolçu lazımdır. Həmin futbolçunu tapacağıq, gətirə biləcəyik, onu danışacağıq".
S. Abasov "Mətbuat konfransı elə danışdınız ki, sanki bütün məğlubiyyətin səbəbkarı futbolçular idi. Ramil Şeydayev "Qarabağ"ın sabiq futbolçusudur və müdafiəçiləri daha yaxşı tanıyır onu. Başqa hücumçu ilə başlamaq olmazdı?" sualına belə cavab verib: "Nədən bu fikirə gəldiniz ki, futbolçuları günahlandırdım? Fərdi səhvlərdən danışmaq ayrıdır. Ramilə gəldikdə isə sizin şəxsi fikrinizdisə, normaldır. Ramil Şeydayev "Qarabağ"dan gəlib, onlara qarşı oynamayacaq deyə bir şey var?
Digər hücumçulara gəldikdə, Darbo var. O, bu gün ehtiyatda oturmuşdu. Heyətdən çıxarmaq istəmədik. Darbo oyuna çıxası vəziyyətdə deyildi. Zədədən sonra qayıtmışdı. Ağadadaş Salyanski, Yeqor Boqomolskiyə gəldikdə... Olsun da, bəlkə səhv seçim idi. Amma bunu qəbul etmirəm. Ramil Şeydayev bu gün çox xeyir verməyə can atırdı. Özünü də bəlkə "Qarabağ"a sübut etməyə can atırdı. Təhlükəli epizodlarda da Ramil idi. "Qarabağ"ın müdafiəçiləri Ramili bu qədər tanıyırsa, onu necə buraxdılar?"
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində