Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj (Pierre Sage) bu gün Bakıda mətbuat konfransı keçirib. Tədbir Avropa Liqasının 5-ci turunda sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyuna həsr olunub.
QOl.az xəbər verir ki, 45 yaşlı fransalı mütəxəssis bu görüşə adi qaydada yanaşdıqlarını deyib: “O mənada ki, biz həm yaxşı oyun göstərmək, həm də uğurlu nəticə qazanmaq istəyirik”.
O, hazırda komandada müsbət ab-havanın hökm sürdüyünü də bildirib: "Ötən turda Türkiyənin "Beşiktaş" komandasına uduzsaq da, bizdə hər şey qaydasındadır“.
Baş məşqçi sabahkı matçda bəzi rotasiyalar aparacağını, lakin bunun az olacağını da söyləyib.
O, "Qarabağ” barədə müsbət fikirlər də səsləndirib. Pyer Saj bildirib: “Onlar çox yaxşı nəticə göstərməyə qadir komandadı. Biz bunu “Ayaks”la oyunda gördük. Rəqibin sürətli və təhlükəli futbolçuları var. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Sabah yaxşı səviyyədə oynamalıyıa. Düşünürəm ki, bizi sabah ciddi cağırış gözləyir. Biz əsasən onların Avropa kuboklarındakı matçlarını analiz etmişik. Məhz bu oyunlara əsasən qarşılaşmaya köklənmişik”.
Pyer Saj hazırda “Qarabağ”da çıxış edən Yasin Benzianın bir vaxtlar “Lion”da oynadığını da xatırladıb. “Sabah o, keçmiş komanda yoldaşlarına qarşı oynayacaq. Onlar (Benzia və Fransada “Lans” klubunda çıxış etmiş “Qarabağ”ın digər futbolçusu Abdullah Zubir - red.) yaxşı oyunçulardır. Amma bizim diqqətimiz təkcə onların üzərində yox, bütün komandada olacaq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı