"İlk növbədə hamını böyük Zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"a 4:0 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün çalışırdıq ki, xal və ya xallar qazanaq. Niyyətimiz o idi. Amma ilk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. "Qarabağ" kimi komanda ilə 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadı. Onlar istəkli idi. Buraxdığımız qollardan üçüncü standart vəziyyətdən oldu. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Onunla bağlı da toplantılar, teoriyalar keçiririk, danışırıq. Amma hələ ki, bu məsələni çözə bilmirik. Avrokuboklardan başlayaraq, "Omoniya" ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. "Osiyek"lə görüşdə də, "Şerif"lə matçda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Standart vəziyyətlərdə çox ciddi problemlər yaşayırıq. Bunlar bizi oyunlarda istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq.
- Qismət Alıyev və Rüstəm Əhməzadənin zədəsi ciddidir?
- Qismətin zədələnməsi, Məqsədin sarı vərəqə aldıqdan sonra bir neçə epizodda cərimə etməsi..."Qarabağ" kimi komanda ilə oyunda birinci hissədə iki cinah müdafiəçisini çıxardıq. Zirədə 1:3 uduzanda yenə birinci hissədə iki müdafiəçini dəyişmişdik. Halbuki ikinci hissədə hücumla bağlı planlarımız var idi. Zədələrə görə dəyişikliklər hamısını alt-üst etdi. Ona görə də məcburiyyətdən müdafiədə dəyişikliklər edirdik. Zədələrin ciddi olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Hətta İldar Alekperov da dəyişiklik istəyirdi. Sadəcə dəyişiklik haqqımız yox idi deyə, ağrıya-ağrıya axıra qədər oynadı.
- Fasilə sizin üçün yerinə düşür?
- Bəzən faydası olur, bəzən olmur. Bəlkə də 4 gündən sonra oyun oynasaydıq, daha yaxşı idi. Son iki oyunu ağır keçirdik. Bizim üçün iki ağır məğlubiyyət oldu. Qarşıdakı hələ 23 tur var. Qış fasiləsinə qədər bizi ən azından 5 çempionat, 1 kubok oyunu gözləyir. Yaxşı hazırlaşıb, yaxşı köklənib bu oyunlardan yaxşı nəticələrlə ayrılmalıyıq.
- Ötən mövsüm daha çətin idi mübarizə aparmaq, yoxsa bu mövsüm?
- Üç hissəyə bölsək, hələ ki, çempionatın ilk hissəsini bitirdik. 13 tur geridə qalıb. Çempionatın çox hissəi irəlidədir. İndidən nəsə demək çətindir. Oyunlar onu göstərir ki, rəqiblərin hamısı inkişaf edib. Rəqabətli komandaların sayı artıb. Ona görə də hər oyunda çətinlik çəkirik. Keçən il də belə idi. Qarşıda çox oyun var. Sona yaxınlaşdıqca, əlavə stress, gərginlik, fiziki və mental hazırlıq kimi amillər da önəmli rol oynayacaq. O periodda oynamaq bir az da çətinləşir. Qarşıda bizi uzun marafon gözləyir. Hazırda 4-cü sıradayıq. Pis deyil. Önümüzdəki rəqiblərdən xal olaraq çox geri qalmışıq. Xal fərqini qarşıdakı turlarda aradan qaldırmağa çalışacağıq. Əks halda, çempionatın sonunda rəqiblərimizə daha komfortlu oynamağa şərait yaradarıq. Basqı altında olmadan, çıxıb rahat qələbələr qazana bilərlər. Ona görə də başımızı dik tutub, qarşıdakı oyunlar mütləq yaxşı hazırlaşmalıyıq.
- Mövsüm yeni başlayanda "Zirə" yaxşı oyun sərgiləyirdi. "Omoniya" ilə oyundan sonra komandada sanki eniş yaşanır. Kiprdəki böyükhesablı məğlubiyyətin təsiri var?
- "Omoniya"ya 0:6 hesablı məğlubiyyəti təsiri bu dəqiqə komandada yoxdur. Qəti şəkildə belədir. Çünki cavab görüşündə onları məğlub etdik, çempionatda ardıcıl üç oyunluq qələbə seriyamız oldu. Sadəcə oyunlar elə gedirdi ki, sanki rəqiblərimizdə hər şey daha uğurlu alınır, bizdə isə əksinə. Qol epizodları reallaşmır, qapımızdakı ilk qol epizodu rəqiblər üçün uğurlu alınır. Bu halı keçən il çempionatın ortasında da yaşamışdıq. 10 tur qələbə qazanmadığımız period var idi. Amma möhkəm qaldıq, işimizlə məşğul olduq və işimizə davam etdik. Sonda da biz daha uğurlu olduq, rəqiblərimiz xallar itirdi. Bu mövsüm elə olacaq-olmayacaq, əvvəlcədən proqnoz vermək düzgün deyil. Çətindir. Oyunun son dəqiqələrində çox hadisələr baş verdi. İstər bizim, istərsə də rəqiblərin oyununda. Səbirli olmalıyıq. Əgər rəqabət apardığımız komandalarda hər şey uğurlu alınırsa, bizdə nəsə uğurlu alınmırsa, yolumuz davam etməliyik. Bugünkü oyunu saymıram."Qarabağ" kimi komandanı oyun planında üstələmək qeyri-mümkündür. Digər görüşlərdə, məğlub olsaq belə, oyun planında uduzmamışıq. "Turan Tovuz"a uduzduğumuz görüşdə 88-ci dəqiqədə kornerdən qol buraxdıq. "Araz-Naxçıvan"la görüşdə kornerdən buraxdıq. "Qarabağ"a 1:3 uduzanda onlar ilk qolu künc zərbəsindən sonra vurdu. Bu gün də ilk qol kornerdən oldu. "Şamaxı"ya uduzanda çoxsaylı qol imkanları yaratmışdıq. Hələ ki, belə gedir. Belə məqamlarda təcrübəm deyir ki, səbirli olub, yoluna davam etməlisən. Sadəcə bir az daha çox işləmək lazımdır ki, uğur biz tərəfə dönsün.
- Nəticə bəllidir, bəs oyun planında razı qaldınız?
- Müdafiə planında futbolçular onu icra edirdilər, istəkli idilər, kompakt idilər. Rəqibi birinci və ya ikinci zonada qarşılamağa çalışırdıq. Bizdə alınırdı. Amma standart vəziyyətlərdə passiv idik. Dördüncü qolda komanda qopmuşdu. Ona qədər "Qarabağ"a asan qol epizodu vermirdik. Təhlükəli hücumlar var idi, onlar bizdən daha yaxşı oynayırdılar. Müdafiə planı işləyirdi. Amma onunla paralel standart vəziyyətlərdə rəqibə qol imkanı yaratmayasan. (sportal.az)
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı