"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bodo Qlimt"lə oyundan əvvəl mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis Norveç klubunu belə dəyərləndirib: "Sabahkı görüşdə, bəlkə də, son vaxtlar oynadığımız komandaların içində ən intizamlı komandaya qarşı oynayacağıq. Demək olar ki, bütün oyunçuları norveçlidirlər. Bu cür intizamlı oyunları və bu klubun, Norveç futbolunun son illərdəki nəticələri onu göstərir ki, bu ölkədə futbol irəli gedib və bu gün də inkişafa davam edir. "Bodo Qlimt"in öz oyun tərzi var. Hər komponentdə diqqətli olmalıyıq ki, onlardan üstün ola bilək. Rəqibin üstün cəhətləri çoxdur. Həm meydança amili, həm son oyunlar nəticələri və s. İnanıram ki, futbolçular meydanda ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar".
Mütəxəssis "Bodo Qlimt"i keçmiş rəqibləri "Tottenhem" və "Ayaks"la müqayisə edib: "Bugünkü gün onları eyni səviyyədə müqayisə edirəm. Həqiqətən də, son vaxtlar oynadığımız ən intizamlı komandalardan biridir. Meydanda bir qapıçı xaric olmaqla, 10 norveçli oynayır. Onlar bir-birilərini hər mövqedə düzgün tamamlayırlar. Yaxşı komandaları var. Görünən odur ki, hər bir futbolçu digərinə hörmətlə yanaşır və digərinin səhvini sığortalamağa çalışır. Hər komandada belə şeylər var, amma “Bodo-Qlimt”də bu, yüksək səviyyədədir. Öz kollektiv oyunlarına görə də böyük komandalara qalib gəliblər. Ola bilər ki, digər komandalarda fərdi keyfiyyətlər daha yaxşıdır, amma komanda oyununa görə "Bodo Qlimt" digərlərindən üstündür".
Q. Qurbanov “Molde”yə qarşı yaxşı nəticələriniz var. “Bodo-Qlimt”ə qarşı da bunu təkrarlamaq üçün nələr etməlisiniz?" sualına belə cavab verib: “Molde” ilə matçlarda bir qələbə, bir heç-heçə etsək də, asan olmadı. Səfərdəki oyunda son dəqiqədə hesabı bərabərləşdirmişdik. “Molde” ilə “Bodo-Qlimt”in oyununa baxdım və hesab 3:3 oldu. Eynisəviyyəli, bir-birini çox yaxşı tanıyan komandalardır. Norveç çempionatında səhv etmirəmsə, 16 komanda var və ilk “8-lik”də güclü rəqabət var. Ölkədə futbol olaraq böyük inkişafdadırlar. Həm fiziki, həm taktiki, həm texniki dəyişikliklər edirlər. Onları “Molde”dən ayırmaq istəmirəm. Sabah qələbə də qazana bilərik, məğlub da ola. Bütün 90 dəqiqəni intizamlı və diqqətli olmalıyıq".
Qeyd edək ki, "Bodo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı