“Kəpəz”in kapitanı Yeqor Xvalkonun QOL.az saytına müsahibəsi
- “Səbail” üzərində çətin və vacib qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?
- Bizim üçün hər şey yaxşı bitdi. Düzdür, elə də baxımlı oyun deyildi. Qol epizodları da çox olmadı. Bərabərsəviyyəli görüş idi. İlk hissədə biz küləyə qarşı oynadıq, ikincidə rəqib. Bu məqam da bir qədər işimizi çətinləşdirirdi. Hər iki tərəf əsasən uzun ötürmələrdən istifadə edirdi. Biz də buna hazırlaşmışdıq. Əsas odur ki, qələbə qolunu vura bildik.

- Sona qədər qələbəyə inamınız var idi?
- İnanırdıq. Həm də ötən tur sonda biz qapımızda qol görmüşdük. Bu dəfə isə fərqlənən tərəf olduq. Hər şey bizim üçün yaxşı bitdi.
- İlk dövrədə “Səbail”ə 0:4 hesabı ilə uduzmuşdunuz, bu dəfə isə qələbə qazandınız. Geridə qalan müddətdə “Kəpəz”də nə dəyişib?
- Heyətimiz dəyişib. İştirak ərizəsində bu dəfə həmin matçla müqayisədə 7-8 nəfər yeni futbolçu var idi. Hazırda ehtiyat qüvvəmiz də mövcuddur. İlk dövrədəki görüşdə ehtiyatda yer alanlar əsasən cavanlar idi. Baş məşqçi dəyişikliyindən sonra 6 yeni transfer reallaşdırıldı. İndi komandamızda bir qədər rəqabət yaranıb.

- Bu qələbə növbəti matçlar üçün “Kəpəz”ə stimul olacaq?
- Məncə, bu qələbə bizim üçün təkan olacaq. 3-cü ildir ki, burdayam. Deyə bilərəm ki, “Kəpəz” ən vacib anlarda toparlana, xarakter göstərə bilir.
- Növbəti turda səfərdə “Sabah”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Yaxşı oyun olacaq. Ümumiyyətlə, “Sabah”la qarşılaşmalarımız həmişə gərgin və maraqlı keçir. Bu dəfə də istisna olmayacağını düşünürəm.
- Çempionatın startından sonra çoxları “Kəpəz”i hesabdan silmişdi və komandanın Premyer Liqa ilə vidalaşacağı deyilirdi. Bu cür fikirlər komandaya necə təsir edir?
- Heç cür təsi etmir. Onsuz da son illər “Kəpəz” həmişə autsayder hesab olunur. Deməzdim ki, bu fikir ədalətsizdir. Çünki mövsümün əvvəlində heyətimiz çox zəif idi. Stabil heyət yox idi. Hər oyunda orta hesabla 3 qol buraxırdıq. Lakin indi inkişaf göz önündədir. 3 ildir ki, ilk dövrədən sonra bizə yüksəliş başlayır. Daha güclü komanda oluruq.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər