Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 210 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, Azərbaycan Atletika Federasiyasının Respublika dərəcəli hakimi Rəşad Musayev oldu.
O, əvvəlcə fiziki tərbiyə müəllimlərinin dərsləri yüksək səviyyədə tədris etdiyini söylədi: "Artıq 8 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin keyfiyyətini yüksək qiymətləndirirəm. Fiziki tərbiyə müəllimləri dərsləri 4 məzmun xətti üzrə tədris edirlər. Eyni zamanda şagirdləri əyləndirmək, dərsləri daha maraqlı etmək üçün estafetlərdən, sorğulardan istifadə edirlər".
Fiziki tərbiyə müəllimi qeyd edib ki, məktəblərdə dərslərin tədrisi üçün hər bir şərait yaradılıb: "Məktəblərdə idman zallarının, meydançaların durumu yaxşıdır. İdman zallarının işıqlandırılması, avadanlıqların keyfiyyəti yüksək səviyyədədir".

O, şagirdlərin müxtəlif yarışlarda, turnirlərdə iştirak etdiyini vurğulayıb: "Şagirdlər arasında məktəbdaxili yarışlar, gənclər və idman idarələrinin təşkil etdiyi turnirlər keçirilir. Ümumilikdə şagirdlər yarışlarda yüksək səviyyədə və sevincli şəkildə iştirak edirlər. Uşaqların, yeniyetmələrin fiziki tərbiyə fənninə marağı yüksək səviyyədədir".
R.Musayev 210 nömrəli tam orta məktəbdə voleybol və basketbol idman növləri üzrə dərnəklərin fəaliyyət göstərdiyini deyib: "İstedadlı şagirdlərimiz çoxdur. Onlar müxtəlif idman növləri ilə məşğul olurlar. 210 nömrəli orta məktəbdə voleybol və basketbol üzrə dərnəklər fəaliyyət göstərir. Şagirdlər dərsdən əlavə olaraq, bu dərnəklərdə yüksək səviyyədə iştirak edirlər".
O, şagirdləri pis vərdişlərdən uzaq tutmaq üçün müxtəlif tədbirlər təşkil ettdiklərini bildirib: "Şagirdləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları təhsilə və idmana bağlamaq üçün məktəbdaxili layihələrimiz olur. Məktəb rəhbərliyi, psixoloqlar, fiziki tərbiyə müəllimləri şagirdləri pis vərdişlərdən qorumaq üçün bir çox tədbirlər həyata keçiriblər. Şagirdləri bu tədbirlərə dəvət edirik və onlara pis vərdişlərdən uzaq olmağı tövsiyə edirik".
R.Musayev şagirdlərə idmanla məşğul olmaq üçün motivasiya vermək məqsədi ilə müxtəlif addımlar atdıqlarını dilə gətirib: "Şagirdlərlə məktəbdaxili, məktəbdən kənar, sinifdənxaric işlər aparırıq. Onlara idmanla məşğul olmaq üçün yeni motivasiyalar veririk. Olimpiya çempionlarımızı, idmanda uğur qazanmış şagirdlərimizi məktəbə dəvət edirik. Bununla da uşaqlarda motivasiya yaradırıq".

Fiziki tərbiyə müəllimi söyləyib ki, şagirdlərlə tez-tez söhbətlər aparırlar: "Şagirdlərin idmanla məşğul olmağı, yarışlarda, dərnəklərdə iştirak etməsi üçün valideynlərlə də söhbətlər aparırıq. Ümumiyyətlə, valideynlər uşaqlarının idmançı kimi yetişməyinə böyük maraq göstərirlər. Onlarla apardığımız söhbətlərin əsasında bu qənaətə gəlirik ki, övladlarının idmanla məşğul olmağına müsbət yanaşırlar. İdmanın sağlamlığa böyük faydasını nəzərə alaraq təşəbbüs göstərirlər".
R.Musayev sonda qız övladlarının idmanla məşğul olmağını istəməyən valideynlərə səslənib: "Qız uşaqlarının valideynlərinə demək istəyirəm ki, idman hər kəs üçündür. Marağı, potensialı olan hər bir kəs idmanla məşğul ola və uğurlu nəticə qazana bilər. Bunun üçün də ölkəmizdə təbliğat aparılır. Qız şagirdlərimizin idmana cəlb edilməsi üçün böyük addımlar atılır. Ona görə də valideynlərin "İdman qız üçün deyil" deyərək, qız uşaqlarını idmandan uzaqda saxlamağını istəməzdim".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər