Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan klublarının avrokuboklardakı çıxışları ölkəmizdə uşaqların futbola marağının artmasına səbəb olur. Klublarımızın ölkə xaricindəki uğurlarına şahid olan balacalar peşəkar futbolçu olmağı xəyal edirlər. Buna görə də əksər valideynlər övladlarının futbolla məşğul olmağına şərait yaradırlar.
Azərbaycanın Avropada ən uğurlu klubu isə "Qarabağ"dır. Ağdam təmsilçisi artıq tarixində 11-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edib.
Bəs "Qarabağ"ın uğurları klubun akademiyasına nə dərəcədə təsir göstərir? Bu yay "Qarabağ"ın futbol akademiyasına maraq hansı səviyyədədir?
Budəfəki mövzumuzla əlaqədar suallarımızı "Qarabağ" futbol akademiyasının koordinatoru Aftandil Hacıyev cavablayıb.
- Hazırda akademiyada futbolçu seçimləri necə gedir?
- Seçimlərimiz ilboyu davam edir. İstedadlara qapılarımız hər zaman açıqdır. Genişmiqyaslı seçimlərdən danışsaq, bu, yayda olmuşdu. 3 bölgədə olmuşduq. Bunlar Quzanlı - yəni, Ağdam, Zaqatala və Bakıdır. Ondan əvvəl isə 2 bölgədə seçimlərimiz olmuşdu - Şirvan və Lənkəranda. 500-ə yaxın uşaq Quzanlıdan, 200-ə qədər Zaqataladan, 1500-ə yaxın uşaq isə Bakıdan seçimlərdə iştirak etdi. Bu yay seçimlərindən hardasa 20 nəfər Zaqataladan, 20 nəfər Ağdamdan və 85 nəfər Bakıdan dəvət etdik. Ümumlikdə 2200 uşaqdan 150-yə yaxını Bakıya növbəti seçimə dəvət aldı. Onları da bu gün seçimdən keçirdik. Hazırda sayını deyə bilməyəcəm, amma bir neçə bölgələrdən olan futbolçu növbəti mərhələyə və komandamızın daxilində olmağa dəvət alıblar. Bu, son seçim olacaq. Seçmələr 3 mərhələdən ibarətdir.
- Bəs, akademiyaya maraq hansı səviyyədədir?
- Bu gün “Qarabağ” akademiyasına kifayət qədər maraq var. Ümumiyyətlə, gənclərin futbola axınını hiss etmək olar. İstedadlı uşaqlar da var, amma istedadlarını açmaq üçün bölgələrdə şəraiti olmayan futbolçularımız da var. Belə olanda heyfsilənirsən ki, uşağın fitri istedadı olsa da,artıq 14-15 yaşına çatıb və çox vaxtı boşuna gedib. O uşaqları qınamaq olmur. Onların məşq etdiyi meydançalar, şərait inkişaf etməyə imkan verməyib. Lakin həm bölgələrdə, həm də Bakıda 9, 10, 11 yaşlı yetərincə istedadlı futbolçular var.
-Belə bir məlumat var ki, akademiyanın aşağı yaş qruplarının futbolçuları təcrübə üçün Zaqreb “Dinamo”suna göndərilə bilər. Bu haqda nə deyə bilərsiniz?
- Bizim Zaqreb “Dinamo”sunun akademiyası ilə əlaqəmiz uzun yoldan keçdi. Hərtərəfli, ətraflı müzakirələrimiz oldu. Onların iş prinsipləri, akademiyalarında görülən işlərlə yaxından tanış olduq. Akademiya rəhbərləri ilə gələcəkdə hansı istiqamətdə əməkdaşlığın ola biləcəyi haqda sualları müzakirə etdik. Onların bizi isti qarşılamasını, gələcəkdə əməkdaşlığa açıq olduqlarını söyləyə bilərəm. Bizim üçün də maraqlı oldu. Onların təşkil etdiyi turnirlər var. O turnirlərə də qoşulmaq barədə danışıqlar aparıldı. Bunu da isti qarşıladılar. İstedadlı oyunçuların “Dinamo”nun həmişə marağında olduğu barədə fikirlər ala bildik. Konkret turnir barədə müzakirələr oldu. Ola bilər gələcəkdə reallaşsın. “Dinamo”nun təşkil etdiyi çox yaxşı turnir var. Bu yaxınlarda orada 19 yaşlı futbolçuların turniri olub. Turnirdə “Mançester Siti”, “Real”, “Benfika”, “Yuventus” kimi komandalar iştirak edib. Hətta həmin turnirdə Zaqreb “Dinamo”su qalib gəlib. Bu cür turnirlərdə bizim də iştirak etməyimiz mümkündür.
- Həmin turnirə dəvət almısınızmı?
- Rəsmi yox, amma şifahi söhbətimiz oldu. Bizi bu kimi turnirlərdə görmək istəyirlər.
- Başqa hansı xarici klublarla əməkdaşlıq planlaşdırılır?
- Çalışırıq ki, xəritəmizi genişləndirək. Bilirik ki, “Qarabağ”ın bir neçə klubla artıq münasibəti yaranıb. Biz də çalışırıq ki, bu münasibətlərdən maksimum istifadə edək.
- Qeyd etdiniz ki, akademiyaya maraq çoxdur. Təcrübənizdə uşaqların belə kütləvi halda müraciəti olubmu?
- Açığı deyim, yox. İlk dəfədir ki, belə bir halla rastlaşdım. Bu yay seçimlərində böyük bir ajiotaj yarandı. Amma, təbii ki, biz hamını birdən akademiyamıza qəbul edə bilmərik. Bu gün bizim şəraitimiz ona imkan vermir ki, bir çox yerlərdən müraciət edən uşaqları qəbul edək. Amma ən istedadlıları sıralarımıza qatırıq.
- Bu marağın əsas səbəbini nədə görürsünüz?
- Burada bir çox amillər ola bilər. Ən vacib məsələ “Qarabağ”ın əsas komandasının nəticəsidir. "Qarabağ"ın uğurları ölkədə bir çox insanda ona rəğbət yaradıb. Ona görə düşünürəm ki, əsas amil budur. Digər məsələ isə son ildə akademiyanın nəticələrinin, oyunlarının nisbətən yaxşılaşmasıdır. Rəhbərliyin akademiyaya diqqəti daha da güclənib. Düşünürəm, bu amillər rol oynayır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi