Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Budəfəki mövzumuz isə şahmat fənninin orta məktəblərdə tədris olunması, uşaqların şahmata marağı ilə əlaqədardır. Layihə çərçivəsində növbəti həmsöhbətimiz "Veteran Şahmat Kursları"nın şahmat müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Rüfət Quliyevdir.
R.Quliyev əvvəlcə vurğulayıb ki, dəfələrlə əyalət və ölkə çempionu olub, "FİDE Master" dərəcəsinə yiyələnib və 10 ildir, məşqçilik fəaliyyəti ilə məşğuldur: "Mənim şahmatla tanışlığım 5 yaşımda olarkən, anamın sayəsində olub. Həmin vaxt kəndimizdə şahmat məktəbi olmasa da, şahmat üzrə idman ustalığına namizəd Vidadi müəllimdən şahmatı öyrənmişəm. Tez bir zamanda uğurlu nəticələr qazanmışam. Əvvəlcə ölkəmizdə idman dərəcələrinə yiyələnmişəm, daha sonra beynəlxalq yarışlarda iştirak etmişəm. Dəfələrlə əyalət çempionu, ölkə çempionu olmuşam. Şahmatda ali ünvan sayılan "FİDE Master" dərəcəsinə sahib olmuşam. Hal-hazırda profesional məşqçiyəm və 10 ildir fəaliyyət göstərirəm".
Mütəxəssis şahmatın uşaqlar üçün faydalarında söz açıb: "Hər şeydən əvvəl, qeyd etməliyəm ki, şahmat həm idman, həm də incəsənətdir. Şahmat uşaqlarda düşünmə, qərarvermə bacarıqlarını yaxşılaşdırır, zəkanı inkişaf etdirir və uşaqlara intizamı öyrədir. Nəzərə alsaq ki, şahmat həyatın kiçik bir modelidir, uşaqların erkən yaşlardan öz keçidləri ilə verdikləri qərarlar onların həyatın digər sahələrində də çətinlik çəkmədən addım atmasına şərait yaradacaq".
O, şahmat dərslərində hər bir uşağa xüsusi yanaşdığını bildirib: "Dərsləri tədris edərkən əvvəlcə uşaqların potensialını nəzərə alırıq. Dərs zamanı uşaqların hər birinə fərdi yanaşmağa çalışıram. Dərslər hər bir uşağın başa düşəcəyi şəkildə izah olunur".
R.Quliyev şahmat dərslərini maraqlı keçirməyin çox asan olduğunu söyləyib: "Əlbəttə ki, hər bir müəllimin özünə uğyun metodu var. Çalışıram ki, uşaqlar sıxılmasınlar. Dərsi maraqlı keçirmək çox asandır. Nəzərə alsaq ki, şahmat həm də döyüş oyunudur, millətimizdə döyüşçü ruhu var, dərslərin maraqsız keçməsi mümkün olmur. Təbii ki, hər bir işin öz çətinliyi var. Uşaqlarla müəllim-şagird münasibəti saxlamağa yox, onlara qardaş olmağa, qayğılarına qalmağa çalışıram. Mənim yanımda özlərini rahat hiss etməkləri üçün əlimdən gələni edirəm. Əlbəttə ki, nizam-intizamı saxlamaq şərti ilə. Çünki idmançı yetişdirdiyimin fərqindəyəm".
O, şahmatın səbr, təmkin və zəhmət tələb edən bir idman növü olduğunu qeyd edib: "Şahmatçı olmaq üçün əvvəlcə istedadın olmalıdır. Təbii ki, hər şey istedadla düzəlmir. Şahmat səbr, təmkin və zəhmət tələb edən bir idman növüdür. Taxta arxasında əyləşməyi bacarmalısan. Ən vacibi isə budur ki, intizamlı olmalısan. Çünki sən idmançısan, nə ilə məşğul olduğunu fərqində olmalısan. Bununla yanaşı, təcrübəli məşqçiyə də ehtiyac var".
Şahmat maliyyə tələb edən sahədir. R.Quliyev isə bunun şahmatın inkişafına, uşaqların valideynlərinə xüsusi bir çətinlik yaratmadığını deyib: "Əlbəttə ki, bu gün bütün sahələrdə uğur qazanmaq üçün maliyyə tələb olunur. Amma mən həmişə bunu nəzərə almışam. İmkanı olmayan ailələrin övladlarına təmənnasız, öz hesabıma da dərs vermişəm. Çünki uşaqlar bizim gələcəyimizdir. Böyük maliyyələr müəyyən bir səviyyədən sonra tələb olunur. Biz heç vaxt maddiyyata önəm verməmişik. Önəmli olan uğurlu idmançılar yetişdirməkdir".
Həmsöhbətimiz tələbələrinin uğurlarından da danışıb: "Bugünkü gündə ölkə daxilində çoxsaylı 1-ci idman dərəcəli idmançılar yetişdirmişəm. Ölkə xaricindəki fəaliyyətimi də qeyd etsəm, Türkiyədə çalışdığım müddətdə Avropa turnirlərinə tələbələr hazırlamışam. Türkiyə milli komandası üçün bir çox idmançı yetişdirmişəm. Tələbələrim mənim üçün çox dəyərlidir. Hazırda da beynəlxalq yarışlar üçün azərbaycanlı və türkiyəli tələbələr yetişdirməyə davam edirəm".
O, Azərbaycanda şahmata marağın yüksək səviyyədə olduğunu vurğulayıb: "Azərbaycan şahmat üzrə dünya sıralamasında 5-cidir. Bu, ölkəmiz üçün çox böyük uğurdur. Ölkəmizin Şəhriyar Məmmədyarov kimi 2800 reytinq sərhəddini keçən nadir bir oyunçusu var. O, şahmat tarixində ən çox xal toplayan 6-cı şahmatçıdır. Azərbaycan Teymur Rəcəbov, Rauf Məmmədov, Vasif Durarbəyli kimi oyunçuların vətənidir. Vaxtilə adını çəkdiyim şahmatçıların bu nöqtəyə gəlib çıxmasında Ümummilli lider Heydər Əliyevin də dəstəyi önəmli rol oynayıb. Düşünürəm ki, ölkəmizdə şahmata maraq böyükdür".
R.Quliyev qeyd edib ki, Azərbaycanda şahmatın daha da inkişaf etməsi üçün gənc şahmatçılara qayğı və diqqət artırılmalıdır: "Mənim fikrimcə, hazırda ölkəmizdə kifayət qədər güclü şahmatçılar var. Onların elit arenalara yüksəlməsi üçün təbii ki, sponsorlar da lazımdır. Gənc istedadlarımıza qayğı və diqqət artırılmalıdır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev
"Sumqayıt" və “Turan Tovuz”dan qələbə
“İnter” səfərdə minimal hesablı qələbə qazandı
Tovuz stadionunun yenilənmiş meydançasında 3 qol - Video
Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
Ştegen noyabrın sonunadək meydana qayıda bilər
Qrizmann La Liqanın tarixinə düşdü
Tovuzda heyətlər açıqlandı
Azərbaycan millisinin İslamiada üçün heyəti bilindi
Yamal sevgilisindən ayrılıb
Ötən gecə zədələnən Arda Gülerin durumu necədir?
"Qarabağ"ın rəqibi hücumçusunu itirdi
Ronaldodan sonra Mbappe də bacardı
Ronaldonun dublu qələbə qazandırdı
"Real" rəqibini belə darmadağın etdi - Video
“Müdafiədə daha yaxşı oynamalıyıq” - “Çelsi”nin baş məşqçisi
“Qarabağ”la oyun öncəsi qələbə qazandılar
161 gün sonra yenidən Tovuzda!
"Qalatasaray" "Trabzonspor"la bərabərə qaldı
"Bavariya" "Bayer"ə böyük hesabla qalib gəldi
“Din mövzusuna toxunmağım doğru deyildi”
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi